Azərbaycanda maska ləğv olunmasa, insanların səhhətində ciddi fəsadlar olacaq - Professor

4-04-2022, 18:05           
Azərbaycanda maska ləğv olunmasa, insanların səhhətində ciddi fəsadlar olacaq - Professor
Artıq dünyanın 25-dən çox ölkəsində maska taxmaq tələbi ləğv olunmuş və ya ləğv olunmaq ərəfəsindədir.
Pandemiyaların 4 fəsil - 1 ildən artıq davam etməsinin mümkünsüzlüyü elmi məntiqə istinad etdiyindən, sərt karantin tədbirlərinin ləğvinin zərurət olduğunu, əks halın isə, ciddi fəsadlara yol açacağını mən, hələ bir il bundan əvvəl yazdığım məqalələrdə dəfələrlə bildirmişəm. Əgər amanında mənim dediklərimə əməl edilsə idi, son bir ildə nə bu qədər ağırlaşma, nə də ölüm olmazdı.
Bakupost.az xəbər verir ki, bu sözləri professor Musa Qəniyev bildirib.
O, qeyd edib ki, Azərbaycanda maska tələbinin aradan qalxması çoxdan yetişib.
Professor maskanın uşaq və böyüklərdə yarada biləcək fəsadlarından və virusdan qorumaqda rolundan danışıb.

"Kovid virusunun ölçüsü 0,1 mikrondur. Qoruyucu maskalarda porların (dəliklərin) ölçüsü isə, 0,3-10 mikrondur. Yoluxmuş şəxs öskürüb, asqırarkən virus maye hissəciklərinə yapışaraq xaric olsa da, onların birlikdə ölçüsü 3-15 mikrondan böyük olmur. Odur ki, maska taxmaq Covid 19-dan qorunmaya nəinki tam zəmanət vermir, əksinə, virusun göz alması və çənəaltı nahiyyədə yüksək qatılıqda toplanmasına, potensial viral aktivlik və lokal sahədə virus yükünün kəskin yüksəlməsinə səbəb olur.
Hər bir insan bir saat ərzində əllərini 4-5 dəfə ağzına, üzünə, burnuna və gözünə toxundurur. Bu, istək xaricində olan, qeyri-iradi, müdafiə xarakterli reflektoru aktdır. Maskanı çıxartdıqdan sonra, bu reaksiyanın intensivliyi, söylədiyim rəqəmlərin on misli qədər artır. Odur ki, dominantlıq qazanmış virusun göz alması və çənəaltı nahiyyədə yüksək yüksək konsentrasiyası, yoluxma risqini də məlum faiz nisbətində artır.
Maskadan uzunmüddətli istifadə diskоmfort, emosional stress, dəri səthinin zədələnməsi, dermatit, piy vəzlərinin iltihabı, irinli prişiklərin əmələ gəlməsi və bir çox xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olur.
Uşadlarda maska taxmaq həm də nitq pozğunluğuna səbəb ola bilər. Odur ki, bütün uşaqlara, xüsusən ilkin uşaqlıq yaş dövründə (3-6 yaş) olan uşaqlara maska taxdırmaq, nəinki mütləq əks göstəriş, hətta bağışlanmaz cinayətdir.
Maskadan uzunmüddətli istifadə orqan və sistemlərdə oksigen aclığına səbəb ola bilər. Bu hal, xüsusən onkoloji xəstələr, aterosklerozlu şəxslər, eləcə də yaşla bağlı degenerativ gedişli baş beyin patologiyası olan və ya buna meyilli şəxslərdə, məlum xəstəlklərin kəskinləşməsində əsas risk faktoru sayılır.
İlk dəfə istifadəyə götürülən təzə maska saxlanma şəraitindən asılı olmayaraq, tam steril deyildir. Təzə maskada, ən azı 30 mikrob koloniyası olur. 2 saat istifadədən sonra maskada olan mikrob koloniyaların sayı 3500-ə çatır. Təzə maska istifadə olunmadan, əl çantasında və ya qapalı olan rütubətli məkanda saxlanılarsa, qısa müddətdə onda olan mikrob koloniyasının miqdarı 3000-ə yaxınlaşır. Odur ki, təzə maska ilə hətta ilkin kontaktda, yuxarı tənəffüs yolları 30 müxtəlif mikrob və virus kalonyasının birbaşa hücumuna məruz qalır.
Eyni maskadan əksər hallarda təkrar istifadə edirlər. Birdəfəlik maskadan hətta spirtləyib təkrar istifadə etdikdə belə, infeksiyaya yolixma riski, maska taxmamaqla müqayisədə, bir neçə dəfə yüksək olur.
Covid-li xəstələrin maska taxması xaricə qovulan virus yükünü süstləşdirdiyi və əks istiqamətli hərəkətinə səbəb olduğundan, infeksiyanın proqnozuna münasibətdə çox arzuolunmsz hal sayılır.
Odur ki, Covid-li xəstə “özünü təcrid” rejiminə keçibsə (digərlərini yoluxdurmaq qorxusu yoxdursa), onun daimi maska taxması əks göstərişdir.
Maska taxılan zaman virusun xaric olmasına maneə yarandığından, burunun selikli qişasında virusun konsentrasiyası artır. Bu da qoxu siniri vasitəsilə baş beyinə transformasiya olunan virus yukünü kəskin artırdığından, qoxu soğanağı sahəsində ikincili “virus ocağı” yaratmaqla, çox ciddi və ağır baş beyin patologiyalarının meydana çıxmasına səbəb ola bilər.
Uzunmüddətli maska taxılması, orqanizmdaxili və orqanizmxarici mühütdə temperatur fərqliliyində nisbi bərabərlik yaratdığına görə, immun fəallığın sönməsi və tənəffüs havasının pH-nın dəyişməsi səbəbindən, xüsusən əvvəllər ağ ciyər patologiyası keçirmiş və ya ona meyilli şəxslərdə müalicəyəyatımsız ağ ciyər arteriyasının hipertenziyası kimi simptomokompleksin meydana çıxmasına səbəb ola bilər.
Məlum risklər baxımından, maskadan profilaktik məqsədlərlə sağlam şəxslərin istifadəsini ÜST də (“Covid19-dan fərdi qorunma vasitələrindən rasional istifadə” haqqında 5 iyun 2020-ci il tarixli “Müvəqqəti Tövsiyyə” sənədində) məsləhət görmürdü.
Yorucu olmasın deyə, mən uzunmüddətli maska taxılmasının yalnız bəzi fəsadlarına toxundum.
Unutmaq olmaz ki, maskanı yalnız kəskin “qrippoz” əlaməti (öskürək, asqıraq və s.) olan şəxslər, bu əlamətlərin yalnız davam etdiyi müdfətdə taxmalıdır.
Söylədiklərimə rəğmən, çox yaxın günlərdə Bizim ölkəmizdə də maska, vaksin pasportu, buster doza və sair kimi məhdudiyyət və zərurətlər aradan qaldırılmalıdır. Düz 5 aydan sonra, yəni növbəti payız aylarında viral infeksiyaların kəskin artımı, baş verəcək fəsad və vaxtsız ölümləri görmək istəmiriksə, buna mütləq əməl olunmalıdır".
Aygün Musayeva
BakuPost












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.