Rusiya itirə-itirə gedir?

5-04-2022, 11:55           
Rusiya itirə-itirə gedir?
Qərb indi də Rusiyanı BMT-nin İnsan Hüquqları Şurasından çıxarmaq istəyir. Maraqlıdır ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu mümkünsüz hesab edir.

SİA TASS-a istinadən xəbər verir ki, Nebenzyanın sözlərinə görə, Qərb Rusiyanı dünyada fəaliyyət göstərən müxtəlif çoxtərəfli forumlardan kənarlaşdırmaq cəhdi ilə “ağılasığmaz işlər görür”.

Rusiyalı rəsmi qeyd edib ki, bu cür cəhdlər tarixdə görülməyib.

Daimi nümayəndə onu da vurğulayıb ki, bütün bu cür hərəkətlər heç bir halda Rusiya və Ukrayna arasında danışıqları asanlaşdırmayacaq.

Xatırladaq ki, bir müddət bundan əvvəl Amerika lideri Cozef Bayden Rusiyanın “G20”-dən də çıxarılmasına təklif etmişdi. O, qarşıdan gələn “G20” sammitinə Rusiya Federasiyasının əvəzinə Ukraynanı dəvət etməyi təklif etmişdi.

Bununla yanaşı, Bayden formatın bəzi üzvlərinin bu təkliflə razılaşmadığını da etiraf etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru