“Qan pulu”ndan imtina? - Rusiya-Ukrayna müharibəsi Avropada yeni birgəliyə təkan verir

6-04-2022, 00:01           
“Qan pulu”ndan imtina? -
“Mən burada dayanıb dürüst olmaq istəyirəm. Birdəfəlik kiminlə olduğuna özün qərar verməlisən”. Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) iclasında etdiyi çıxışda Almaniyanı Ukraynada baş verənləri anlamadığına görə və xüsusilə Macarıstanı neytrallığına görə tənqid edib.

Holokost üçün Dunay Memorialının ayaqqabılarını göstərən Zelenski Macarıstanın susqunluq və neytrallıq nümayiş etdirən baş nazir Viktor Orbanı hədəf aldı və dedi: “Bu ayaqqabılara baxın və indiki dünyada kütləvi qətllərin yenidən necə baş verə biləcəyini görəcəksiniz. Rusiya bu gün bunu edir”.

Səthi birliyin nümayişi altında, Avro-Atlantik məkanında ciddi fikir ayrılıqları qalmaqdadır. Müharibə fərziyyəsi həmişə çətin olur və bu günə qədər ümumiləşdirmə riski altında NATO və Aİ dövlətləri arasında üç fərqli alt qrup görünür. Geniş “Qərb” birliyinin olması barədə bəsit fikir əvəzinə, onların motivasiyası təhlil üçün vacibdir. Onlar müvafiq olaraq status-kvoçular, balanslaşdırıcılar və yevangelistlər kimi adlandırıla bilər. Fransa, Almaniya və Macarıstan bu kontekstdə status-kvoçuların tipik nümunələridir. Satus-kvoçular üçün əsas motivasiya müharibənin yayılmasının qarşısını almaq, habelə nizamlanmaya və ticarətin bərpasına nail olmaqdır, yevangelistlərin əsas motivasiyası Rusiyanı geri çəkməkdir,

Macarıstan, Fransa və Almaniyanın Avropa İttifaqında gələcək istiqaməti – Rusiya ilə bağlı konkret suallarla bağlı tez-tez bir-birinin ardınca getmələrinə baxmayaraq – uyğunluqları göz qabağındadır. Macarıstan hökuməti NATO-nun Ukrayna üzərində uçuşa qadağa zonası yaratmamaq qərarını qətiyyətlə dəstəklədi, habelə Ukraynaya sülhməramlı missiya göndərilməsinə və ya ölkə əraziləri üzərindən silahların havaya buraxılmasına veto qoyacaqlarını bildirdi. Macarıstanın xarici işlər naziri Péter Siyerto açıq şəkildə bildirdi ki, uçuşa qadağa zonası müharibə demək olacaq, eyni zamanda sülhməramlılar kimi Ukraynaya qoşun göndərmək də müharibə riskinə səbəb olacaq. “Macarıstanın marağı aydındır: Macarıstan bu müharibədən kənarda qalmaq istəyir, biz NATO-nun ümumi mövqeyinə sadiq qalacağıq və ya hava müharibəsi, ya da yerdə uzunmüddətli müharibə riski yaradan təklifləri rədd edəcəyik”, - deyə nazir bildirib.

Orban müharibənin yerli olaraq qalmalı və Ukraynadan kənara yayılmamalı olduğunu müdafiə edir: “Macarıstan hökuməti Avropa Sülh Mexanizminin büdcəsinin ikiqat artırılmasına töhfə verir və Aİ-yə üzv ölkələrdən silah tədarükü əngəllənmir, lakin Macarıstan Ukraynaya silah vermir və öldürücü silahlar ölkədən keçməməlidir”.

Yeri gəlmişkən, Macarıstan Almaniya və Fransa ilə həmrəylik nümayiş etdirdi. Fransa prezidenti Emmanuel Makron NATO-nun istənilən müdaxiləsini və ya uçuşa qadağa zonasını qəti şəkildə istisna etdi və tvitter hesabında yazdı ki, Fransa ehtiyatla müdafiə və öldürücü silahların göndərilməsini dəstəkləsə də, NATO-nun müharibədə iştirakçı olmaqdan çəkinməsini istəyir. Almaniya kansleri Olaf Şolz bu yaxınlarda Rusiya enerjisinə (ukraynalılar tərəfindən “qan pulu” olaraq adlandırılır) sanksiya tətbiq etməkdən imtina etdi və bunun Avropanın tənəzzülü ilə nəticələnəcəyini bildirdi. Maraqlıdır ki, bu həm də Rusiya məsələsinin əks tərəflərində olan iki nominal sağçı mühafizəkar hökumət (Qərb liberalları tərəfindən xor baxılan) Macarıstan və Polşa arasındakı fərqi nümayiş etdirir. Polşa və Macarıstan Avropa Şurasında bölünməyə doğru irəliləyir, Polşa Rusiyadan qaz, neft və kömür idxalına sanksiya tətbiq etməyə və NATO humanitar missiyasını Ukraynaya göndərməyə çalışır, Macarıstan isə (Almaniya ilə yanaşı) enerji idxalına qarşı sanksiyaları bloklayır və NATO-nun hər hansı müdaxiləsindən qaçır.

Polşa, Baltikyanı ölkələr və Finlandiyadan ibarət olan bu dövlət qruplarını yevangelist adlandırmaq olar. Onlar Rusiyanı balanslaşdırmaq tələblərində maksimalistdirlər, NATO-nun sərhədlərə ehtiyacı olmadığını və Alyansın ərazi və müttəfiqlik baxımından xarici əməliyyatlara cəlb olunmasını tələb etməkdə ön sıralardadırlar. Polşa bu yaxınlarda ABŞ-ı Ukraynaya MiQ qırıcılarını çatdırmaq üçün küncə sıxışdırmaq istəsə də, Amerika administrasiyası tərəfindən bunun qarşısı alındı. Litva və Estoniya, hətta müharibəyə gətirib çıxaracaq olsa belə Ukrayna səmasında uçuşa qadağa zonası (UFZ) yaratmağa çağırıb. Belçika, Almaniya, Avstriya, Macarıstan və Hollandiya kimi ölkələr indiyə qədər Rusiyanın qalıq yanacaqlarına qənaət etdikdə, Finlandiya və Baltikyanı ölkələr dəfələrlə Rusiyadan enerji alınmasının müharibələri effektiv şəkildə maliyyələşdirdiyini bildiriblər. Görünən odur ki, Estoniyanın baş nazirindən başqa heç kim Rusiyanı aktiv münaqişə həddinə qədər tarazlaşdırmağı ən çox dilə gətirməyib.

Nəhayət, klassik balanslaşdırıcılar kimi hər iki tərəfdə gəzən balansçılar var. Bir tərəfdən, İngiltərə və ABŞ Rusiyanın işğalı üçün xərclərin artırılmasının tərəfdarıdır. Britaniya uçuşa qadağa zonası və NATO-nun iştirakını istisna etməklə yanaşı, silah tədarükündə öncüllərdəndir, ABŞ da oxşar mövqedədir, o da öz növbəsində Rusiyaya qarşı ən şiddətli sanksiyaları tətbiq edir.

Bu baxımdan, bir neçə amil nəzərə alınmalıdır. Soyuq müharibənin sonuna qədər ritorik neytrallıq suveren preroqativ idi. Dövlətlər münaqişələrdə istədikləri kimi neytral qalmağa üstünlük verdilər və imperiya dövlətinin neytral qonşuya təcavüzü nəticəsində qlobal müharibələr başladı. Hətta Soyuq Müharibə dövründə belə, Qoşulmayanlar qrupu Sovetə rəğbət bəsləsələr də, bəzən komik təsir bağışlayaraq, tez-tez ritorik neytrallığa və hər iki tərəfə can atırdılar. Bu, Soyuq Müharibədən sonrakı dövrdə birqütblülük və tarixin liberal qövsünə doğru dəyişdi. Birqütblülük isə artıq aradan qalxıb və təbii olaraq, demək olar ki, xarici siyasətdə hedcinq və realizm köhnə məktəb ritorik neytrallığına qayıdır. Bu kontekstdə Ukrayna müharibəsi yenilənmiş çoxqütblü dünyanın ilk müharibəsidir. Burada böyük bir güc daha zəif bir qonşuya - dəyərləri təbliğ etmək üçün deyil, təsir dairələri üzərində qurulmuş cəza kampaniyası kimi - hücum etdi. Fərqli hesablamalar isə fərqli cavablarla nəticələnir, Avropa yavaş-yavaş coğrafiya və maraqların ideologiya və dəyərlərdən üstün olduğu normaya qayıdır.

Açıq mənbəli kəşfiyyata şübhə ilə yanaşmaq olar, lakin indiyədək müharibənin Rusiyanın taktiki fəlakəti olduğuna şübhə yoxdur. Bunun Rusiyanın strateji məğlubiyyəti olub-olmaması hələ də açıq sualdır. Nəzərə alın ki, Yutland döyüşü İngiltərənin taktiki məğlubiyyəti hesab edildi, tənbəl, özündən razı və riskdən çəkinən İngilis donanmasının Almaniya imperiyasınıdan daha çox gəmisi batdı. Lakin bu, hələ də strateji qələbə hesab olunur, çünki Almaniya müharibə boyu bir daha dənizə çıxmadı.
/strategyvision.org/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.