23 ildə bələdiyyələr özünü təsdiq edə bilməyib - ƏLİ MƏSİMLİ

6-04-2022, 00:04           
23 ildə bələdiyyələr özünü təsdiq edə bilməyib - ƏLİ MƏSİMLİ
“Bələdiyyələrin çoxunun fəaliyyəti üçün xarakterik olan imitasiya modelindən gercək yerli idarəetmə orqanı modelinə keçidin təmin edilməsini zəruri hesab edirik.”
Bunu Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2021-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli səsləndirib.
Əli Məsimli öz çıxında bildirib ki, bələdiyyələri fikirdə,sözdə və əməldə gerçəkdən yerli özünüidaretmə orqanınana çevirməkdən ötrü “nəyi təkmilləşdirilməli,niyə təkmilləşdirməli və hansı istiqamətlərdə təkmilləşdirməli?” kimi 3 fundmental suala islahatlar yolu ilə müasir çağırışlar səviyyəsində dolğun cavab vermək olar. Bundan ötrü:
1.Köklü islahatlar yolu ilə bələdiyyə kimi çox zəruri instituta münasibətin fikirdə, sözdə və əməldə əsaslı sürətdə dəyışdirilməsini,qanunvericiliklə onlara ayrlmış yerli özünüidaremə orqanı rolunun dolğun şəkildə icra edə bilmələrindən ötrü, hər şeydən əvvəl, bələdiyyələrin çoxunun fəaliyyəti üçün xarakterik olan imitasiya modelindən gercək yerli idarəetmə orqanı modelinə keçidin təmin edilməsini zəruri hesab edirik.
Torpaqlarımızın işğaldan azad edilməsi həm də bu əsas məsələnin gerçəkləşdirməkdən ötrü yaxşı fürsət yaradıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulmuş 5 əsas vəzifədən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Bu istiqamətdə qarşıda duran vacib məsələlərdən biri də azad edilmiş yaşayış məntəqələrində əhalinin yerli özünüidarə hüquqlarının təmin edilməsidir. Bu əsasda yaşadığımız dövrün yeni çağırışlarına uyğun olaraq işğaldan azad edilmiş ərzilərimizin timsalında regional idarəetmə sahəsində həyata keçirilən tədbirlərin yeni mexanizmlərdə bələdiyyə idarəçiliyinin rolunun artırılması istiqatində təsirli tədbirlərin görülməsini zəriri hesab edirik.Bu halda bələdiyyələr ildən-ilə öz fəaliyyətlərini artıracaq, işğaldan azad olmuş ərazilərimizin bərpasında, sosial-iqtisadi həyatımızın yaxşılaşmasında yaxından iştirak edə biləcəklər.
2. Azərbaycanda bələdiyyələrin fəaliyyət göstərdiyi 23 ildə bələdiyyələrlə bağlı 20-yə yaxın qanun qəbul edilib, birbaşa və dolayısı 200-ə qədər normativ sənəd təsdiqlənib. Amma bu 23 ildə bələdiyyələrin qanunveriliklə təsbit olunmuş səviyyədə real statusu, yerli icra orqanlarını münasibətdə səlahiyyət bölgüsü, normal hesab oluna biləcək səviyyədə maliiyyəsi, bələdiyyə torpaqları üzərində mülkiyyət sənədləri,xəritələri və sair bu kimi problemləri lazımı səviyyədə həll edilməyib. Ona görə də gün bələdiyyələr bir sıra fundamental problemlər yaşayır ki, həmin problemləri həll etmədən biz bələdiyyələrin əksəriyyətinin fəaliyyətinin səmərəsinin artırılmasından danışa bilmərik. Bu halda bələdiyyələr üçün 20 ildən çoxdur ki,artıq xarakterik hal almış hüquq pozuntular da davam edəcək. Sözügedən problemlərin həllinə yanaşma üsulunu dəyişmədən indiki templrlə bələdiyyələrin əsas problemlərinin həllinə illər,onillikilkər yox,bəlkə də əsrlər lazım olar.Ona görə də idarəetmənin təşkilatı strukturunun dəyişdirilməsi istiqamətində həyata keçirilməyə başlanan islahatları sistemli və kompleks şəkildə dərinləşdirməklə bələdiyyələrin real statusu, səlahiyyət dairəsi, mülkiyyəti, maliyyəsi və sair bu kimi sahələrdəki problemlərin həllinin sürətləndirilməsini və birdəfəlik həllinin təmin edilməsini zəruri hesab edirik.
3.Yerli icra orqanları ilə bələdiyyələrini səlahiyyət dairələrinin kağız üzərindən real həyata keçirilməsi istiqamətində zəruri olan institusional,hüquqi,təşkilatı və sair tədbirlərin həyat keçirilməsi ilə birdəfəlik dəqiqləşdirilməli və bələdiyyələrin yerli icra orqanlarının təsir dairəsindən çıxarılması məsələsi həll olunmalıdır.Bu asılılığı aradan qaldırmadan heç vaxt bələdiyyələrin əksəriyyəti yerli problemlərin həllində irihəcmli işlər görə bilməyəcək. Ola bilər ki, bir neçə faiz bələdiyyə iş görsün. Amma asılılıq şəraitində bələdiyyələrin fəaliyyətinin heç bir perspektivi yoxdur. Çünki asılılıq şəraitində tərəqqidən söhbət gedə bilməz.
4.Bələdiyyələrin öz statusuna uyğun şəkildə səmərəli fəaliyyət, vətəndaşlara keyfiyyətli xidmətlər göstərə bilməsi üçün onların yetərincə iqtisadi potensialı,güclü, dayanıqlı maliyyə və gəlir mənbələri olmalıdır.Bundan ötrü həm onun daxili mənbələrdən səmərəli istifad etməsi,həm də xarici mənbələrə çıxa bilməsi üçün imkanlar olmalı, İlk növbədə bələdiyyələrin torpaqları üzərində mülkiyyət sənədləri və xəritələri ilə bağlı problemlər həll edilməlidir. Çünki həmin problemin həllinin açıq qalması bu sahədə korrupsiya xarakterli bir sıra sui-istifadə hallarına da yol açır.
5.Yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələri əldə etməsi, sahibkarlığın inkişafı, həmçinin əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi istiqamətində təsirli tədbirlər görülməsini vacib hesab edirik.Bələdiyyə müəssisələrinin, xüsusəndə regionlarda, kənd yerlərində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı, təmir-tikinti və sair bu kimi istiqamətlərdə bələdiyyə müəssisələrinin yaradılmasının dairəsinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.