Brüssel görüşü liderlərin digər görüşlərindən nəylə fərqləndi? – Fərhad Məmmədovun şərhi…
7-04-2022, 15:32

Politoloq: “Biz yeni müharibədən qaçmaq istəyiriksə, danışmalıyıq və bu danışıqların bir daha müharibəyə gedib çıxmaması üçün Ermənistan tərəfi səmimi və sülhə açıq olmalıdır”.
“Düşünürəm ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı aprelin sonuna qədər komissiyanın işləməyə başlaması prosesin inkişafında əhəmiyyətli rol oynaya bilər”.
Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov dünən Brüsseldə Avropa vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyanın görüşünün yekunlarnı PİA.az-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşün yekunları ilə bağlı jurnalistlərə məlumat verən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib ki, Azərbaycanla Ermənistan arasında dayanıqlı razılaşma prosesi başlayıb. Şarl Mişel onu da vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasının nə qədər çəkəcəyini proqnozlaşdırmaq çətindir. Aİ Şurasının prezidenti jurnalistlərin “proses başlayıbmı?” sualına “Proses bu gecə başlayıb”, cavabını verib.
Görüşün yekunlarına görə Azərbaycan və Ermənistan sülh müqaviləsinin hazırlanması barədə razılığa gəliblər. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi üçün aprelin sonuna qədər ikitərəfli komissiya yaradlkcaq və sülh müqaviləsinin hazırlanması məqsədi ilə iki ölkənin xarici işlər nazirlikləri birbaşa təmasda çalışacaqlar.
Bəs dünən axşam baş tutan görüş İlham Əliyev və Nikol Paşinyanın digər görüşlərindən nəylə fərqləndi və görüşdə əldə olunan razılışmaların Ermənistan tərəfindən əməl ediləcəyinə inam varmı?..
PİA.az-ın əməkdaşı mövzunu siyasi şərçi, “Valday” klubunun eksperti Fərhad Məmmədovla müzakirə edib.
Fərhad Məmmədov: “Həllini tapmayan əsas məsələlər sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat dəhlizlərinin açılması və Ermənistan ordusunun qalıqlarının Azərbaycanın suveren sərhədləribdən kənara çıxarılmasıdır. Bunlar olmadan sülh müqaviləsi də ola bilməz”.
Çoxtərəfli formatdan ikitərəfli formata keçidin dünənki danışıqların əsas uğuru olduğunu vurğlayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, uzun illər boyu müharibə şəraitində yaşayan və vasitəçilərlə əlaqələr quran iki düşmən ölkə üçün bu ciddi irəliləyiş kimi dəyərləndirilməlidir:
“Dünən baş tutan Brüssel görüşü əvvəlki görüşlərdən, konkret olaraq dekabrda Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşdən onunla fərqləndi ki, artıq Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə ikitərəfli format dərinləşir və genişlənir. Uzun illər boyu müharibə şəraitində yaşayan və vasitəçilərlə əlaqələr quran iki düşmən ölkə üçün bu ciddi irəliləyiş kimi dəyərləndirilməlidir.
Vasitəçilər olmadan tərəflərin ikitərəfli formatda kontaktda olmaları Soçi görüşündə də nəzərdə tutulsa da, komissiyalar səviyyəsində bu format demək olar ki, alınmamışdı. İndi isə bu format xarici işlər nazirləri səviyyəsində həyata keçəcək və iki ölkənin xarici işlər nazirliklərinin birbaşa kontakda olması müsbət hal kimi dəyərləndirilə bilər. Əsas odur ki, tərəflər üçtərəfli, dördtərəfli və Mins qrupu formatından ikitərəfli formata keçirlər və bu da dügər ölkələrin maraqlarının Azərbaycan və Erməmmistama təsirlərini nisbətən azaldan faktordur. Ümumiyyətlə biz bir neçə ikitərəfli görüşün şahidi olmuşuq və liderlərin bu təkbətək görüşləri çoxtərəfli formatlardan daha səmərəli olub.
Dünənki görüşün əsas fərqi və uğuru da ondan ibarətdir ki, iki ölkənin xarici işlər nazirlikləri vasitəçilər olmadan sülh müqaviləsinin üzərində işləyəcəklər. Hesab edirəm ki, bu qarşılıqlı etimadın yaranması üçün vacib addımdır. Bundan başqa ikitərəfli formatda sərhədlərin demilitasiyası və demarkasiyası üçün komissiyanın da formalaşdırılması qərara alınıb. Bu komissiya aprelin sonuna qədər yaradılacaq və fəaliyyətə başlayacaq. Bu komissiyyanın mandatı da aydınlaşdırılb. Həmçinin liderlərin şəxsi nümayəndələrinin görüşləri də prosesin irəliyə aparılmasında xüsusi rol oynaya bilər. Önəmli olan məsələlərdən biri də odir ki, sülh müqaviləsinin hazırlanmasında Azərbaycanın verdiyi təkliflər baza rolunu oynayacaq.
Avropa İttifaqı isə prosesin irəliləməsi üçün öz tərəfindən sərhəd problemlərinin həlli və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı ənənəvi olaraq maliyyə dəstəyi sözünü verdi.
Fərhad Məmmıdov: “Ermənistan tərəfi danışıqlar naminə danımağa üstünlük versə də, artıq zaman tükənir və hesab edirəm ki, ikitərəfli formatın uğursuz olmasının alternativi yeni müharibə olacaq”.
Prosesdə məyus edici isə odur ki, bu günə qədər qəbul edilən qərarlar yerinə yetirilmir. Bunu Rusiyanın vasitəçiliyi ilə keçirilən Moskva və Soçi görüşlərinə, həmçinin dekabrda keçirilən Brüssel görüşünə də aid eləmək olar. Həllini tapmayan əsas məsələlər sərhədlərin müəyyənləşdirilməsi, nəqliyyat dəhlizlərinin açılması və Ermənistan ordusunun qalıqlarının Azərbaycanın suveren sərhədləribdən kənara çıxarılmasıdır. Bunlar olmadan sülh müqaviləsi də ola bilməz. Ona görə də xarici işlər nazirlərinin ikitərəfli kontaktlarında bütün bu məsələlər təcili şəkildə reqlamentləşdirilməli və tarix qoyulmalıdır. Bü məsələlər uzun müddətdir ki, müzakirə olunsa da, ortada nə qərar, nə də icra yoxdur. Prosesin ölü nöqtədən çıxması üçün tkitərəli format bu məsələlər üzərində işləməli və ortaya nəticə qoymalıdır. Ermənistan tərəfi danışıqlar naminə danımağa üstünlük versə də, artıq zaman tükənir və hesab edirəm ki, ikitərəfli formatın uğursuz olmasının alternativi yeni müharibə olacaq.
Şarl Mişelin bəyanatında diqqət çəkən məsələlərdən biri də odur ki, Rusiyanın vasitəçiliyi olan üçtərəli bəyanatlara istinad olunur. Əvvələr Avropa Birliyinin rəsmilərinin açıqlamalarında belə istinadlar demək olar ki, yox idi.
Şarl Mişel humanitar məsələlərlə bağlı vurğunu artırsa da Minsk qrupu haqda heç nə demədi və artıq demək olar ki, Minsk qrupu prosesdə yoxdur. Bu da Azərbaycanın haqlı və beynəlxalq hüquqa uyğun olan iradəsinin artıq qəbul edilməsi kimi dəyərləndirilə bilər. Bu həm də onu göstərir ki, Minsk qrupu özünə olan etimadı tamailə itirib. Eyni zamanda beynəlxalq vəziyyət imkan vermir ki, ABŞ, Fransa və Rusiya hansısa platformada birlikdə əməkdaşlıq edə bilsinlər.
Dünənki görüşdə əldə olunan razılaşmaların reallaşması ilə bağlı risklər də mövcuddur. Çünki Ermənistan tərəfi bu günə qədər əldə olunan razılaşmaların heç birinə əməl etməyib və ikitərəfli formatda da özünü necə aparacağı hələ bəlli deyil. Ermənistan tərəfi etimadlı tərəf olmadığına görə müəyyən problemlərin yaşanacağını istisna etmək olmaz. Amma biz yeni müharibədən qaçmaq istəyiriksə, danışmalıyıq və bu danışıqların bir daha müharibəyə gedib çıxmaması üçün Ermənistan tərəfi səmimi və sülhə açıq olmalıdır.
Xatırladım ki, Moskvada keçirilən 11 yanvar 2011-ci il görüşündə nəqliyyat dəhlizlərinin açılması üçün kainkret tarixlər dəqiqləşdirilmişdi. Onlardan biri də hökümətlərarası komissiyanın nəzliyyat dəhlizlərini layihələşdiməsi idi. Bu günə qədər də bu məsələlər öz həllini tapmayıb.
Fərhad Məmmədov: “Avropa İtifaqı öz vasitəçiliyinin uğursuzluğa düçar olmasını və yeni müharibə təhlükəsinin böyüməsini istəmirsə, o zaman Ermənistana proseslərə başlamaq üçün təzyiqlər etməlidir”.
Dünən əldə olunan razılaşmada sülh müqaviləsinin bağlanması ilə bağlı konkret tarix yoxdur. Ancaq danışıların ikitərəfli formatda aparılması və müqavilənin hazırlanması məsələsi var. Elə Şarl Mişel də öz açıqlamasında sülh müqaviləsinin nə zaman bağlanacağının bəlli olmadığını bildirdi və bu da təbii ki, danışıqların atmosferindən asılı olaraq müəyyənləşəcək. Düşünürəm ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı aprelin sonuna qədər komissiyanın işləməyə başlaması prosesin inkişafında əhəmiyyətli rol oynaya bilər. Önəmli olan sərhədlərin müəyyənləşməsi ilə bağlı prosesin başlamasıdır ki, bu da digər proseslərin irəli aparaılmasında əhəmiyyətli təcrübə olacaq.
Əgər aprelin sonundan başlayaraq prosesin irəliləməsi baş verməzsə, təbii ki, Azərbaycan öz əlində olan təsir və məcburetmə mexanizmlərini işə salacaq. Eyni zamanda, Avropa İtifaqı öz vasitəçiliyinin uğursuzluğa düçar olmasını və yeni müharibə təhlükəsinin böyüməsini istəmirsə, o zaman Ermənistana proseslərə başlamaq üçün təzyiqlər etməli və məsələyə ikili standartlardan yanaşmamalıdır.
Ümumiyyətlə bu günə qədər əldə olunan razılaşmaların yerinə yetirilməsi ilə bağlı Rusiya və Avropa Birliyi məsuliyyət daşıyır və yaxın bir neçə ay ərzində prosesin ölü nöqtədən çıxması üçün vasitəçi olaraq məsuliyyətlərini yerinə gətirməlidirlər”.
Nərminə UMUDLU
pia.az