Baş bankir yola salınır!: Niyə? – Detallar: “İnflyasiya proqnozu və...”

11-04-2022, 20:08           
Baş bankir yola salınır!: Niyə? – Detallar: “İnflyasiya proqnozu və...”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Toplantıda Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankın (AMB)İdarə Heyətinin üzvlüyündən azad edilməsi fikri səsləndirilib. Həmçinin Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları əsasında müzakirələr aparılıb. Teref.az-ın məlumatına görə, sözügüdən hadisəni "Sherg.az"a dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, AMB-yə yeni üzvün seçilməsi müasir çağırışlara görə reallaşdırılan sturktur və kadr islahalatlarının tərkib elementidir:

"Müasir çağırışlar bank sektorunda yeni, xüsusən də regionda və dünyada formalaşmış düzənə uyğun siyasətin gerçəkləşdirilməsini zəruri edib. Son illər Azərbaycan həm idarəetmədə, həm dövlət qurumlarının stukturunda gənc kadrların təyinatı nəzərə çarpır.

Bütövlükdə hökumətin gəncləşməsi fonunda AMB-də kadr islahatı aparılması vacib idi.
Yeni düzən konteksində qlobal bazarlarda istehlak məhsullarının qiymətlərində artımlar var. Məzənnə siyasətinin təkmilləşdirilməsi əhəmiyyət daşıyır.

Dünya bankı və aparıcı maliyyə qurumları Azərbaycan üçün inflyasiya proqnozuna baxaraq, dəyişiklik aparıb. 2022-ci və növbəti illərdə inflyasiyanın tənzimlənməsi başlıca məqsəd olacaq. Bank sektorunun müasir çağırışlar əsasən inkişafının təmini vacib məsələlərdəndir. AMB idarə Heyətinə yeni üzvün seçilməsi ölkədə gedən islahatların bir istiqamətidir.

Bu qərarın bank sektorunun tənzimlənməsinə, məzənnə və inflyasiya siyasətinin optimallaşdırılmasına və bütövlükdə maliyyə xidmətlərinin irəliəməsinə müsbət təsir bağışlayacağı gözlənilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru