Rusiya neftinin nəqlinə qadağa Aİ sanksiyalarının altıncı paketindən çıxarılıb

11-05-2022, 10:08           
Rusiya neftinin nəqlinə qadağa Aİ sanksiyalarının altıncı paketindən çıxarılıb
Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketində artıq Rusiya neftinin nəqlinə qadağa bəndi yoxdur. Bu barədə TASS DPA-ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, bu müddəanın sanksiyalar paketinə daxil edilməsi qərarı beynəlxalq səviyyədə əlavə koordinasiya tələb edir. Xüsusilə Yeddilik Qrupu (G7) çərçivəsində koordinasiya edilməsi mühümdür. Yunanıstan, Kipr və Malta, digərləri kimi, bu qərarın gəmiçilik şirkətlərini birtərəfli olaraq zərərə sala biləcəyi səbəbilə bundan ehtiyat etdiklərini bildirərək qərara qarşı çıxırlar.

Diplomatlar qeyd edirlər ki, Avropa şirkətlərinə Rusiya nefti daşıyan tankerləri sığortalamaq qadağası hələ də planlaşdırılan anti-Rusiya sanksiyaları sırasındadır. Bu, Rusiya Federasiyasından neftin digər ölkələrə tədarükünü çətinləşdirə bilər.

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon bildirmişdi ki, Avropa İttifaqının (Aİ) Rusiya neftinə embarqo qoyması bir neçə günün işidir. O etiraf edib ki, bir çox Avropa ölkələri Rusiya neftindən asılıdır və buna görə də qərar qəbul etməkdə çətinlik çəkirlər.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.