Rövşən Əsgərovla, Aleksandr Nevzorovla mübarizə aparacaq qədər zəifləyən, acizləşən Rusiya...

12-05-2022, 00:01           
Rövşən Əsgərovla, Aleksandr Nevzorovla mübarizə aparacaq qədər zəifləyən, acizləşən Rusiya...
Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov və tanınmış rusiyalı jurnalist, siyasi şərhçi Aleksandr Nevzorovun axtarışa verilməsi tamamilə absurddur.
Hər iki şəxs Rusiya Daxili İşlər Nazirliyinin (DİN) tərəfindən axtarışa verilib.
Qeyd edək ki, ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi onların hər ikisinə də cinayət işi açıb.
Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə cinayət işi başlanıb.
İstintaq Komitəsi bəyan edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.
İstintaq Komitəsi Nevzorova qarşı isə guya, Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da İnstaqram şəbəkəsində və martın 19-da YouTube-da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.
Şübhəsiz ki, bu ittihamlar qondarma ittihamlardır. Əsl həqiqətdə isə hər iki şəxs Rusiyanın Ukraynaya qarşı işğalçı siyasətini tənqid etdiklərinə görə axtarışa verilib.
Kreml bu yolla öz əleyhdarlarını susdurmağa çalışır. Ancaq Kremldə oturanlar bir şeyi başa düşmürlər ki, hazırda dünyada Rusiyanı tənqid edən yüzminlərlə, milyonlarla insan var. Axı Rusiya onların hamısını həbs edə, susdura bilməz.
Beybala Mirzeyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.