PUTİNİN İŞĞAL PLANINA DƏSTƏK VERMƏYƏN OLİQARXLAR BİR-BİR ÖLÜR - Aleksandr Subbotin “qurbağa zəhəri” ilə öldürülüb, yoxsa…

13-05-2022, 00:09           
PUTİNİN İŞĞAL PLANINA DƏSTƏK VERMƏYƏN OLİQARXLAR BİR-BİR ÖLÜR -
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bu yana rus oliqarxların bir-birinin ardınca şübhəli ölümünün şahidi olmaqdayıq. Ən maraqlısı isə odur ki, onların ölümləri arasında iki mühüm oxşarlıq mövcudur. Birincisi, ölənlərin heç biri Qərbin Rusiya şirkətlərinə, oliqarxlarına və məmurlarına qarşı tətbiq etdiyi çoxsaylı sanksiyaların təsiri altında olmayıb. İkincisi, bu oliqarxların heç biri Rusiyanın Ukraynadakı hərəkətlərini pisləməsə də, dəstəkləməyib.

Qafqaz.media xəbər verir ki, Amerikanın nüfuzlu “Newsweek” nəşri oliqarxlarını şübhəli ölümü ilə bağlı iki eyni vəziyyətə diqqət çəkib.

Öncə onu qeyd edək ki, ilin əvvəlindən rusiyalı oliqarxların (onların bəziləri ailələri ilə birlikdə öldürülüb) sayı 7-yə çatıb. Ötən həftə isə məlum oldu ki, onlardan sonuncusu, “Lukoyl”un top meneceri, dollar milyarderi Aleksandr Subbotin də dünyasını dəyişib.

Олигарх Александр Субботин умер при странных обстоятельствах - лечил похмелье у шамана

Mediada yayılan xəbərlərə görə, milyarder dəfələrlə olduğu kimi iki tanış şamanı evinə dəvət edib və onlar Subbotinə asma xəstəliyindən qurtulmağa kömək edəcəklərini vəd ediblər. Şamanlar oliqarxı qurbağa zəhəri və xoruz qanı ilə “müalicə” etməyə çalışıblar. Belə “müalicə”dən sonra Subbotinin qəfil halı pisləşib və ürəyində kəskin ağrılar olub. Lakin nədənsə nə şamanlar, nə də milyarderin yaxınları “təcili yardım” çağırmağı düşünməyiblər. Sadəcə, şamanlar ona Korvalol verərək, evi tərk ediblər. Az sonra isə milyarderin öldüyü məlum olub.

Qeyd edək ki, ölən oliqarxların əksəriyyəti enerji sektorunda bizneslə məşğul olub.

Rusiyanın enerji nəhəngi “Qazprom”la bağlı ilk ölüm hadisəsi Rusiyanın Ukraynaya müdaxiləsi başlamazdan əvvəl, yanvarda baş verib. Sonra “Qazprom”un 60 yaşlı top-meneceri Leonid Şulman Leninqrad vilayətindəki kottecinin hamamında ölü tapılıb. Polis meyitin yanında qeyd tapıb və onun intihar etdiyi qənaətinə gəlib.

Fevralın 25-də “Qazprom”un korporativ təhlükəsizliyi üzrə Vahid Hesablaşma Mərkəzinin baş direktorunun müavini Aleksandr Tyulyakov Sankt-Peterburq yaxınlığındakı kottecdə ölü tapılıb. Polis onun cəsədinin yanında bir qeyd də tapıb və bu, müstəntiqlərin oliqarxın intihar etdiyinə inanmasına səbəb olub.

Ukrayna əsilli rus maqnatı Mixail Watford fevralın 28-də Böyük Britaniyanın Surrey şəhərindəki evində ölü tapılıb. 66 yaşlı Uotford evinin qarajında ​​asılmış vəziyyətdə olub.

Oxu.az - Üç ayda səkkiz rusiyalı oliqarxın müəmmalı ölümü: Altısı intihar etdi... - FOTO

Martın 24-də “MedStom” tibb firmasının sahibi milyarder Vasili Melnikov da həyat yoldaşı Qalina və iki oğlu ilə birlikdə mənzildə ölü tapılıb.

Aprelin 18-də “Qazprombank”ın keçmiş vitse-prezidenti Vladislav Avayev həyat yoldaşı və qızı ilə birlikdə Moskvanın Universitetski prospektindəki çoxmilyonluq mənzilində qətlə yetirilib.

Aprelin 19-da Rusiyanın enerji nəhəngi Novatek-in keçmiş baş icraçı direktoru Sergey Protasenya, ailənin Pasxa bayramını qeyd etdiyi İspaniyada kirayəlik villasında həyat yoldaşı və qızının cəsədləri ilə birlikdə ölü tapılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.