Putin ölkələri hədələdi

9-07-2022, 19:58           
Putin ölkələri hədələdi
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini onun tətbiq etdiyi sanksiyalara qarşı hədələyib.

Cebhe.info xəbər verir ki, Vladimir Putin Ukrayna müharibəsinə görə Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qlobal enerji bazarında dağıdıcı nəticələr yaradacağı ilə hədələyib.

Moskvada keçirilən görüşdə çıxış edən Putin sanksiyaların bu siyasəti qəbul edən ölkələr üçün daha böyük itkilərə səbəb olacağını deyib: "Sanksiya siyasətindən istifadəni davam etdirmək mübaliğəsiz dünya enerji bazarında daha dağıdıcı nəticələrə gətirib çıxara bilər”. Qeyd edək ki, Rusiyanın fevralın 24-də Ukraynaya müdaxiləsindən sonra Qərb ölkələri Moskvaya qarşı bir sıra siyasi və iqtisadi sanksiyalar tətbiq edib. Bir tərəfdən Qərb ölkələri Rusiya neftinin yaratdığı boşluğu doldurmaq və qiymətləri sabitləşdirmək üçün digər neft hasil edən ölkələrdən hasilatı artırmağı tələb edir.

Lakin Putin Qərbin tələblərinin yerinə yetirilmədiyini əsas gətirərək bunu müsbət qarşıladığını bəyan edib. Putin deyib ki, avropalılar Rusiyanın enerji mənbələrini əvəz edəcək vasitə axtarırlar:

“Lakin bu cür hərəkətlərin nəticəsi bazarda qazın qiymətinin qalxması və son istehlakçılar, o cümlədən ev təsərrüfatları üçün enerjinin bahalaşması olacaq".

Kanadadan yeni sanksiyalar

Putinin bəyanatı İndoneziyanın tətil adası olan Balidə keçirilən G-20 xarici işlər nazirlərinin toplantısında Rusiyaya qarşı tənqidlər və yeni sanksiyalar xəbərindən sonra verilib. Kanadanın xarici işlər naziri Melani Coli görüşdə Rus Pravoslav Kilsəsinin Patriarxının da sanksiya siyahısına daxil edildiyini açıqlayıb. Putini və Ukraynadakı işğalı dəstəkləyən mesajlar verən 75 yaşlı patriarx bir müddət əvvəl Macarıstanın etirazı ilə Avropa Birliyinin (AB) sanksiya siyahısından çıxarılmışdı.

Rusiya dövlətinin nəzarətində olan 15 qurum, eləcə də 29 nəfər təbliğat və dezinformasiya səbəbi ilə Kanadanın yeni sanksiya siyahısına daxil edilib.

Litvaya və Aİ-yə xəbərdarlıq

Moskva administrasiyası Rusiyaya məxsus, lakin Litva sərhədləri daxilində olan Kalininqrad şəhərində bəzi malların giriş-çıxışına tətbiq edilən məhdudiyyətin aradan qaldırılmaması halında “sərt tədbirlər” görüləcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, "Yaxın günlərdə vəziyyət normala qayıtmasa, Litva və Avropa İttifaqına qarşı kəskin tədbirlər görüləcək”.

Rusiyanın enerji kartı

Moskva son həftələrdə hələ də Rusiya karbohidrogenlərindən asılı olan və Rusiya enerjisinə alternativ axtaran bəzi Avropa ölkələrinə qaz tədarükünü məhdudlaşdırıb. Sanksiyalara baxmayaraq, enerji hələ də Kremlin əlində güclü kartdır. Avropa ölkələri, o cümlədən Almaniya Moskvanın tədarükü tamamilə kəsdiyi halda nəticələrindən narahatdır. Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük neft ixracatçısıdır. Təbii qaz və buğda ixracatında birinci yerdədir. Avropa ölkələri təbii qaza olan tələbatının 40 faizini, neftə olan tələbatının isə 30 faizini Rusiyadan qarşılayır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.