Hikmət Hacıyevlə görüşə ümid edirəm - Qriqoryan

12-07-2022, 08:13           
Hikmət Hacıyevlə görüşə ümid edirəm - Qriqoryan
Ermənistan-Azərbaycan münasibətlərinin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətimizi davam etdiririk.

Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan PA rəsmisi Hikmət Hacıyevin danışıqlar prosesinin dalana dirənməsi ilə əlaqədar açıqlamasını şərh edərkən deyib.

“Mən deməzdim ki, bu, dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşdülər və ümumilikdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışdılar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls və irəli getmək üçün imkanlar var”, - A.Qriqoryan bildirib.

Onun sözlərinə görə, Ermənistan danışıqlara hazırdır və Azərbaycan tərəfdən belə siyasi iradə olarsa, daha sürətli irəliləyiş mümkün olacaq.

Eyni zamanda, Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib:

“Bu görüş və digər məsələlər müzakirə olunur. Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, Xarici İşlər nazirlikləri bunun üzərində işləyirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.