Şerimin Adını, Sözlərini dəyişdiyi üçün Türkanə Kərimlinin “Qağayı” klipi qadağan olunmalıdır

12-07-2022, 10:28           
Şerimin Adını, Sözlərini dəyişdiyi üçün Türkanə Kərimlinin “Qağayı” klipi qadağan olunmalıdır
Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
Cavanşir Quliyevin, Aygün Kazımovanın Milyonlarla Dinləyicisi 26 İl mənim Sözlərimi başa düşdü, Türkanənin 30-40 Dinləyici Başa Düşmədisə Oxumayaydı !..

Hörmətli oxucum. Bu yazı bir müraciət - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə ünvanladığım ŞİKAYƏT MƏKTUBU mətnidir. Amma ictimai mahiyyət kəsb etdiyi üçün paylaşmağı uyğun bilirəm.
Beləcə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əlaqədar mütəxəssislərinin İlk öncə diqqətinə peşə fəaliyyətim haqqında qısaca aşağıdakı məlumatı çatdırmaq istəyirəm. Mən Fəlsəfə elmləri doktoru Xatirə Quliyeva 37 ildir elmi sahədəyəm və xalqımın elmi təfəkkürünü zənginləşdirir, dünyada təbliğ edirəm. Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş 2 monoqrafiya daxil olmaqla 7 tədqiqat əsərinin, yenə Heydər Əliyevə həsr olunmuş 2 kitab daxil olmaqla 5 elmi kitabın, ölkəmizdə və xaricdə çap olunmuş 100-dən çox elmi məqalənin müəllifiyəm. AMEA-nın “Fəlsəfə və Sosiologiya” Institutunda “Multikulturalizm və Tolerantlıq Fəlsəfəsi” şöbəsinin müdiriyəm.
Eyni zamanda 3 şerlər, 4 povestlər kitablarımla bərabər dövrü mətbuatda bir çox bədii əsərlərim dərc olunub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüyəm. Hələ 25-26 il əvvəl Azəbaycanın tanınmış bəstəkarları – Cavanşir Quliyev, Eldar Mansurov 10-dan çox şerimə xalq artistləri Aygün Kazımova, Brılyant Dadaşova və b. müğənnilərin ifası üçün mahnılar bəstələyiblər və bu mahnılar bu gün də müxtəlif kliplərdə yaşamaqda, milyonlarla izləyicinin ruhunu oxşamaqdadır.
Həmçinin ““Nəsimi” Suriya-Azərbaycan Dostluq Cəmiyyətinin” Təsisçisi və Sədriyəm. 2011-ci ilə kimi xalq diplomatiyası sahəsində, o cümlədən Xarici Cəmiyyətin mətbuat orqanı “Cahan+”qazetində ciddi fəaliyyət göstərmişəm və hazırda elmi işlə paralel olaraq “cahanplus.com”(https://cahanplus.com/)- da, habelə mənim layihəm və təqdimatımda Səda TV-də yayımlanan “Ziya - Fəlsəfi Düşüncələr” (https://www.youtube.com/watch?v=ICIVpq2Nu4E) verilişində maarifçilik fəaliyyəti göstərirəm.
Buradan da müraciətimin məzmun və mahiyyətinə - bir şerimin -“mahnı” SÖZLƏRİMİN məndən icazəsiz, hətta "dəyişməyin !",- dediyim və yazdığım halda Türkanə Kərimli adlı yeni müğənni tərəfindən dəyişdirilməsi məsələsi ilə bağlı ŞİKAYƏTİMƏ keçid alıram.
Belə ki, bu il mart ayında Türkanə Kərimli adlı bir şəxs mənə Messegerlə mesaj yazdı və gənc müğənni olduğunu bildirərək mənim şerimə Cavanşir Quliyevin bəstələdiyi “Bir qağayı” mahnısını oxumaq istədiyini, məndən razılıq, ona aydın olmayan SÖZLRLƏ bağlı izah və ŞERİ istədi.
Mən ona 2010-cu ildə çap olunmuş “Ölən sevgilər” kitabımdan telefonla şəklini çəkdiyim (xalq artisti Aygün Kazımovanın ifası üçün bəsətlənmiş “Bir Qağayı” mahnısının sözləri) “Tale Bu Qisməti Əlimdən Alma” ŞERİMİ göndərdim.

Üstəlik, AYDIN ŞƏKİLDƏ yazdım ki, “SALAM. Buyun. 2 xahişim var: 1. Sözlərimi dəyişməyin. 2. Klipinizdə müəllifləri unutmayın. Uğurlar”. Telefonumda bütün yazışmalarımız var.
Türkanə Kərimli mənim İzahatlarıma “çox sağ ol”-lar yazdığı, bu son “tələb” xarakterli mesajı oxuduğu halda 23 may tarixində “Bir qağayı” mahnısının adını və həmçinin mənim SÖZLƏRİMİ dəyişməklə - mənim müəllif hüququmu pozaraq YUTUBE kanalında öz Klipini yerləşdirib. Hazırda klip açılmır. Ancaq eyni adı mahnı açılır. Tanış ola bilərsiz: Türkanə Kərimli - Qağayı (Rəsmi Musiqi Videosu https://www. youtube.com /watch?v =8Q ss ZsQJUww).

Bu müğənni həmçinin bu klipdəki ifasını, mənim sözlərimi bir neçə saytda yerləşdirib.
Əvvəla, “Bir qağayı” şerin məzmunun ifadə edir. Mahnının adının “Qağayı” yazılması ideyaya ziddir. İkincisi, “Qağayı” adlı mahnı var. Məşhur estrada müğənnisi Oktay Ağayev oxuyub. Bundan başqa, 100 il bundan əvvəl ifa olunmuş mahnılar var, məgər yeni nəsil onların adını dəyişib oxuyur?!
İkincisi, Cavanşir Quliyevin, Aygün Kazımovanın Milyonlarla Dinləyicisi 26 İl Mənim Sözlərimi başa düşdü, Türkanə Kərimli Başa Düşməyirsə kimin şüuru, intellektidir günahkar?!
Türkanə Kərimlinin “başa düşəcəyi” sadədən də sadə “dildə” deyirəm, mənim şerimin adını, misralarımı onun dəyişməyə ixtiyarı yoxdur! ...
Eyni zamanda bu yeni müğənni mənim sözlərimdə (hələ izah etdiyim və dəyişikliyə icazə vermədiyimi ona təkrar-təkrar bildirdiyim halda!) dəyişilik edib. Bu da şerin ideyasına uyğun deyil. Məsələn, mən “Taleyimə müraciətlə ,

- qısqannam, sənin də ruhun qadındır”
- yazmışam.
O, özbaşına və bəsit şüurla
“qısqannam Səni də ruhum qadındır”
- oxuyur, hələ bir müxtəlif saytlarda “şarkı sözləri” kimi yayır!.
2. Mən yazmışam:
“Allaha tez yetir, alqış qarğışım”.

O, isə
“Allahım tez yetir, alqış qarğışı”- oxuyur .
Diqqət edin, fərq böyükdür. Ümumiyyətlə, şer mənə aiddir. Mənim hisslərimin poetik yozumudur. Bunu məndən başqa heç kimin dəyişməyə haqqı, hüququ yoxdur. Kimsə bəyənməyə bilər, oxumaz! Amma müdaxilə cinayətdir. Mənəvi və hüquqi cinayət.
Türkanə Kərimlinin ifasında 50 il milli musiqimizi əvəzsiz əsərləri ilə zəngnləşdirən Cavanşir Quliyevin gözəl bəstəsindən, ilahi səsə sahib Aygün Kazımovanın ifasından da əsər əlamət qalmayıb. Əgər müğənni Cavanşir Quliyevin mahnısının adını, “aranjumanını” bəyənmirsə, mənim sözlərimi bəyənmirsə getsin yeni mahnı yazdırsın!.. Bu onu göstərir ki, yeni müğənni saymamazlıq edir, hörmətsizlik edir. Elə Cavanşir Quliyevin mahnısını o həyatda olduğu, yazıb-yaratdığı halda başqası ilə “yazdıması”, özü də çox-çox zəif mahnı və klip meydana çıxarması onun bəstəkara, sənətə hörmətsiziyidir. Digər tərəfdən Cavanşir Quliyevin “Bir qağayı” mahnısı 7 dəqiqədən çoxdur. Bu müğənninin oxuduğub mahnı heç 5 qəqiqə deyil.
Hörmətli oxucum. Doğrudur, mənim musiqi təhsilim yoxdur. Amma xalq mahnılarımızı yazan XALQIN da konservatoriya təhsili olmayıb. Gözəl “sənəti” yaratmaq üçün o peşənin diplomu labüddürsə, sənəti anlamaq, dəyərləndirə bilmək üçün estetik zövq, hissin biliyi yetərlidir.
Sübut, buyurun, tanış olun. Bu həmin mahnının orjinalıdır. Yəni Aygün Kazımovanın milyonlarla izləyizisi, bir neçə klipi olmuş “Bir qağayı” mahnısının URL linkini (https://www. youtube. com/ watch?v=4lXHP2UGUDU) təqdim edirəm.

… Nə gözəl musiqi, nə gözəl ifadır. Bəstəkarın adı olmadan da Azərbaycan musiqisi olduğu aydın olur. Müğənninin səsi şerin ideyasını və ondan qaynaqlanan ecazkar musiqinin diktə etdiyi ilahi mənanı peşəkarlıqla birləşən insan qəlbinin hissləri kimi canlandırır. T.Kərimli isə mahnıdan özünün “ipə-sapa” yatmayan səsini (hələ klipdə özünü göstərmək məqsədi qalsın) Aygün Kazımovanın gözəl ifası fonunda ümumiyyətlə heç edir. Mahnının adının, misralarımın dəyişilməsi öz yerində, bu baxımdan da mən belə musiqi yozumunda ŞERİMİN oxunmasına qəti surətdə İCAZƏ vermirəm.
Bundan başqa, Türkanə Kərimlinin mənim SÖZLƏRİMİ bilərəkdən TƏHRİF etdiyi “Qağayı” klipində XAÇ şəkli diqqəti cəlb edir. Beləki, ifaçının geydiyi ağ tül hər tərəfi örtərkən kreslonun bir “dirsəyini” örtmür və XAÇ formasında bir görüntü irəli gəlir.
Mən dövlətçilik mövqeli alim-ziyalıyam. Mənim üçün əvvəl vətən, vətəndaşlıq, sonra dürüstlük, davamda sənət-fəaliyyət gəlir. Qısası mən bu ŞERİMİ də bütün elmi və bədii yaradıcılıq əsərlərimdən biri kimi mənəviyyatımın pasportu hesab edirəm və onu yeni müğənni Türkanə Kərimlinin SÖZLƏRİMİN TƏHRİF OLUNDUĞU, həmçinin XAÇ simvolu diqqət cəlb edən, istər musiqi yozumu – ananjuman, istər rejissor işi və istər müğənninin ifası baxımından uğursuz, müasirlikdən uzaq, 1 çox kliplərin təkrarı formasında “Qağayı” klipinə qurban verə bilmərəm. Bəstəkar Cavanşir Quliyevin də, Aygün Kazımovanın da minlərlə mahnısı, ifası var. Onlar saymamazlıqdan gələ bilərlər. Mən kəmiyyət də önəmli deyil, keyfiyyət baxımından bu “yaradıcılıq” nümunsini qəti surətdə qəbul etmirəm! Bəstəkar özü bilər, xoşdur ona bu bəsit ifa, buyursun, çıxarsın mənim sözlərimi yeni sözlərlə versin Türkanə və ya başqalarına.
Mənim fəalyyət sahəmə mahnı yaradıcılığı bir əlavədir. Əlbəttə hər bir kəs kimi mənə də çox xoş olar şerimin dəyərləndirilərək musiqidə yaşaması. 25-26 il əvvəl bir neçə şerimi Cavanşir Quliyev, Eldar Mansurov kimi tanınmış bəstəkarlara təqdim etmişəm və onlar qəbul edib gözəl sənətlərində yaşatdıqda həqiqətən özümü xoşbəxt hesab etmişəm. Kaş ki, T.Kərimli də uğurlu iş qoyaydı ortalığa və mənim bunun kimi başqa şerlərimə mahnılar ifa edəydi. Sözsüz ki, minnətdar olardım, sevinərdim, ona təşəkkürümü bir yazımla bildirərdim. 25-26 il ərzində heç bir bəstəkara müraciət etməməyimin səbəbi də vaxtımın olmaması ilə bağlı olub. Siyasi fəlsəfə istiqamətində elmi tədqiqatlar on qat artıq məsuliyyətdir və mən bütün enerjimi bu fəaliyyətə həsr edirəm. Arada qalan gecə yuxusu saatlarımı da digər- yuxarıda sadaladığım, yenə mahiyyət etibarilə intellektual yaradıcılıqla məşğul oluram. Şerlərim, mahnılar bəlkə mininci yerdə yadıma düşür.
Qədim dövrlərdən bu yana əxlaq, yeni təbirlə etika insan mənəviyyatı üçün ən təməl qat olub. İnsan bununla kamilliyin pillələrinə çatıb. Bəzilərinə əxlaqın zirvəsini də fəth etmək nəsib olub. Olmasın əxlaqın zirvəsinə yüksəlmək, elementar olaraq normal etik səviiyəyə malik şəxs öz marağına görə başqasının hüququnu taptalamaz! Buna hüquqda müəllif hüququ deyilirsə, inanclar aləmində “qul haqqı” deyilir. Birinci də, ikinci də bağışlanmaz qəbahətdir.
… İndi, dindir, deyəcək, “nə olub bəyəm?!”. Heç nədir?! Buyur, yenidən oxu, yenidən çəkdir! Belədə də deyəcək, “o boyda xərc çəkmişəm”. Həə, o boyda xərc çəkməyə qadir olan özünə yeni mahnı yazdırar. Yazdıra bilməyəndə, yaradıcılığa ciddi yanaşar. Sənət baxımından “düzgün oxuyar”. Etik-hüququ baxımdan İCAZƏ alar. Müəllif vermir, sözlərini dəyişməyə icazə, ədəb-ərkanla başqa “dağlara” gedər. Yoxsa ki, oxu yazılanı, sayma!.. Sonra klip çək, bildirmə müəllifə. Məsələn, mənə C.Quliyev də, Eldar Mansurov da, Sevda Məmmədli də yazdıqları mahnıları ya göndəriblər, ya səsləndiriblər eşitmişəm, qəbul etmişəm, minnətdar olmuşam, hətta necə deyərlər, “sevincimdən quş kimi uçmuşam”…
Türkanə Kərimli isə ucuz başa gəlsin deyə, 26 il boyunca səslənən, həm də məşhur müğənni, xalq artisti Aygün Kazımovanın mahnısını götürüb, öz düşüncəsi səviyyəsində adlandırıb, şerin sözlərini, eləcə də mahnını kobud təhrif edib, sonra mənə heç xəbər də etmədən Yutubda klipini paylaşıb. Axı mahnı 3 yaradıcılığın məhsuludur. 1-ci şer gəlir, 2-ci musiqi, 3-cü ifaçı. Necə ola bilər ki, klip çəkəsən əsas hissə olan şeri yazana heç xəbər də verməyəsən?! Bu etikasızlıq, mədəniyyətsizlik azmış kimi mən tam təsadüf Yurubda klipi görəndən sonra messegerlə yazıram, yazıram yenə saymır. Klipin rəy hissəsində iradımı bildrirəm, yenə saymır. Bu etikasızlıq, mədəniyyətsizlik olmaqla bərabər əsl oğru xüsusiyyətidir.
Hörmətli oxucum, mən Türkanə Kərimi adlı yeni müğənninin mənə saymamazcasına cavab vermədiyi üçün onun uğursuz ifası ilə müşayət olunan uğursuz klipini Yutube kanalında yayan şirkəti – “Micro Lc”-ni elə o kanalda, klipin səhifəsində taparaq göstərilən telefonla əlaqə saxlayıb, iradımı, şikayətçi olduğumu bildirdim. Bundan sonra Türkanə Kərimi mənə messegerlə telefonumu istədiyi mesajını yazdı. Elə həmin dəqiqədə də o, mənə sonu 46-97 nömrəsi olan mobil telefondan zəng etdi. Dərman qəbul etmişdim, onunla heç yarım dəqiqə danışmadım və ona mənim konkret sözlərimi dəyişməyə icazə vermədiyim halda özbaşına hərəkət etdiyini bildirib “adboy” verdim. Amma necə martda mahnını oxumaq istədiyini yazırdı, indi də nə isə yaza bilərdi. Yazmadı və mən artıq onun təbiətindəki etikadan uzaqlıq,- saymamazlıq, özündən razılıq keyfiyyətlərinə bələd olduğumdan təəccüb etmədim. Yutube kanalındakı klipin əsası mahnı "… "(üç nöqtə yerində) yerində irad bölməsi var, ora daxil olub, tələb olunan suallara, o cümlədən hansı mahnıda (T.Kərimli Qağayı) hansı mahnıya (Aygün kazımova Bir Qağayı) müdaxilə olunduğunu, neçə günə (həmən) dayandırılmasını tələb etdiyimi yazıb göndərdim.
Təsəvvür edin, bu Türkanə şerimi özbaşına dəyişib oxuyur, hələ bir ingiliscədə də guya tərcüməsini verir və həm də öz adından...

Baxın onun "ingiliscəsinə ". Savadsızlıq öz yerində məsuliyyətsizlikdir bu!
Mən ona da təəccüb etmirəm ki, ölkəmizdə bu və bu kimi ifaçıların iş adamları və hətta dövlət məmurları olan sponsorları vardır və onlar “qoruyucu mələklər” statusunda da çıxış edə bilirlər. Amma bu məsələdə Stop!.. Cavanşir Quliyevin "Bir qağayı" mahnısı arxa plana veriləcəkdisə və xüsusən də Aygün Kazımovanın əvəzsiz ifası bu gün də xalq tərəfindən bəyənilirsə Türkanə Kərimlinin bu mahnını oxumaq, ona klip çəkdirmək istəyinin adı nədir?! Yaxşı, güclü pulları var, klipin yenisini çəkdirsinlər. Lap bu mahnını yenidən yazdırsınlar. Ancaq mənim şerimsiz! Heç bir etirazım yoxdur. Mənim üçün Cavanşir Quliyevin Aygün Kazımovanın ifası üçün yazdığı və xalq aristinin möhtəşəm ifasında “Bir Qağayı” mahnısı İDEALDIR! Belə də qalacaq.
Beləliklə, bütün bunları yazaraq mən Türkanə Kərimlinin “Qağayı” https://www.youtube.com/watch?v=8QssZsQJUww) klipi məsələsinə AR Müəllif Hüquqları Agentliyinin rəhbərliyinin ciddi yanaşmasını xahiş edir və klipin TƏCİLİ SURƏTDƏ Yutube kanalından, MP3 və müxtəlif saytlardan yayından çıxarılmasını tələb etdiyimi qurumun mötəbər rəhbərliyi, - cənab Kamran İmanov və əməkdaşlarının diqqətinə çatdırıram.
Onu da qeyd edim ki, fikrimcə, mənim uzun illər ciddi, prinsipal, əqidəli dövlət məmuru kimi tanıdığım cənab Kamran İmanov ölkənin intellektual, yaradıcı potensialının müəllif hüquqlarını gənc müğənni Türkanə Kərimlinin və ümumiyyətli o qəbldən olanların “sponsorlarının qüdrət meyarlarına” qurban verməz.



PS: HEYİF! Bu yazdığım, yayımlamaya itirdiyim vaxta!..












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.