ŞOK!!! Nehrəm qəsəbə məscidinin naibi Qulamhüseyn Məmmədovu "psixdispanserə" salıblar- VİDEO

5-08-2022, 19:10           
ŞOK!!! Nehrəm qəsəbə məscidinin naibi Qulamhüseyn Məmmədovu "psixdispanserə" salıblar- VİDEO
Nehrəm qəsəbə məscidinin naibi Qulamhüseyn Məmmədov Naxçıvan Psixi Xəstəliklər Dispanserinə yatırılıb. Bu haqda "Gündəlik Naxçıvan"a onun qohumları məlumat verib. Qulamhüseyn Məmmədov bir müddət öncə məmurları tənqid etdiyi üçün ölümlə hədələndiyini bildirirdi. O, sədəqə şəklində toplanan pulların yüksək vəzifəli məmurlar tərəfindən mənimsənildiyini, işçilərin maaşını kəsildiyini iddia edirdi:
Qulamhüseyn Məmmədovun heç bir psixi xəstəliyi olmadığını bildirən qohumları deyir ki, öncə polislər işlədiyi məsciddə gələrək, onu idarəyə aparıblar:
"Avqustun 1-də polislər gəlib məscidin qabağından götürüb, Babək Rayon Polis İdarəsinə aparıblar. Bəhanə ediblər ki, məhərrəm ayına məxsus ayin zamanı guya hansısa qaydanı pozub. Əslində isə, əllərinə bəhanə düşüb, ondan qisas alırlar. O, mətbuatda çıxış edərək, yerli məmurlardan şikayət etdiyinə görə, ölümlə hədələnmişdi. O vaxt heç nə edə bilməmişdilər. İndi əllərinə bəhanə düşüb, bu cür qisas alırlar. Polisə aparılandan bir neçə gün sonra xəbər tutduq ki, onu psixoloji dispanserə salıblar. Heç bir psixoloji problemi olmayan adamı niyə ora salısınlar. Yəqin polis iş açmağa qanuni bəhanə tapa bilməyib, bu yolla onu susdurmaq istəyirlər".
Teref.az yazır ki, bunu "Gündəlik Naxçıvan" səhifəsi yazır. Daha sonra yazırlar:
Babək Rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəmədilər. Naxçıvan MR Psixi Xəstəliklər Dispanserində Qulamhüseyn Məmmədovun orada müalicə aldığını təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.
Naxçıvanda tənqidi fikir səsləndirənlərin psixoloji dispanserə salınması ilk hadisə deyil. 2009-cu ildə iş adamı Məmməd Qurbanov Sədərək Gömrük Məntəqəsindəki rüşvət halları ilə bağlı şikayətlər etdiyi üçün psixoloji dispanserə salınmışdı.
Qulamhüseyn Məmmədovun yerli məmurlardan şikayəti və ölümlə hədələnməsi ilə bağlı iyunun 15-də "Gündəlik Naxçıvan"a ünvanladığı videomüraciət şərh bölümündə paylaşırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.