PUTİNİN YAXIN ƏTRAFI QƏRBLƏ GİZLİ DANIŞIQLARA BAŞLAYIB - Sensasiyalı iddia

15-08-2022, 22:32           
PUTİNİN YAXIN ƏTRAFI QƏRBLƏ GİZLİ DANIŞIQLARA BAŞLAYIB -
Adı açıqlanmayan yüksək rütbəli Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərbdən kömək istədiyi ilə bağlı iddialar yayılıb.

"AzPolitika.info" xəbər veriri ki, Britaniyanın "The Mirror" nəşri yüksək rütbəli bir Rusiya rəsmisinin müharibəni dayandırmaq üçün Qərb ölkələri ilə gizli əlaqəyə girdiyini yazıb. Bildirilib ki, Qərb diplomatları və kəşfiyyat rəhbərləri ilə danışıqlar aparan Rusiya rəsmisi müharibəni dayandırmaq üçün kömək istəyib.

İddialara görə, həmin şəxs Qərbin diqqətinə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı qərarları və Qərbin sərt sanksiyaları rus elitasında böyük narazılığıa səbəb olub.

Ukraynalı diplomatik mənbə isə "The Mirror"a bildirib ki, Kremlin yüksək rütbəli məmurunun Putinin icazəsi olmadan Qərb kəşfiyyatı ilə əlaqə qurması təəccüblü deyil: "İkinci Dünya Müharibəsinin sonunda öz gələcəklərindən narahat olan rus məmurları da bu cür davranmışdılar. Ona görə də burada təəcüblü nəsə yoxdur".

Xatırladaq ki, indiyə qədər bir sıra yüksək rütbəli şəxslərin, o cümlədən Putinin xüsusi nümayəndəsi Anatoli Çubaysın Ukrayna müharibəsinə qarşı çıxması, sözügedən iddianın əsaslı olması ehtimalını artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru