“Rusiya elitaları postputin Rusiyasında yer tutmaq üçün mübarizəyə başlayıblar” – “Hələ orda Proxonov, Simonyan, Solovyov var...”

23-08-2022, 08:46           
“Rusiya elitaları postputin Rusiyasında yer tutmaq üçün mübarizəyə başlayıblar” –
Rusiya elitaları arasında artıq postputin Rusiyasında yerlər uğrunda mübarizə gedir.

Bu fikri siyasi ekspert Taras Zaqorodnı informasiya telemarafonunun efirindən səsləndirib. O, Moskva ətrafında «rus dünyası»nın ideoloqu Duqinin qızının avtomobilinin partladılmasını şərh edib («UNİAN»).

«Mən, hesab edirəm ki, hər şeydən əvvəl, başlıca hədəf Duqinin özü olub. Çünki Rusiyada, ilk növbədə Krıma zərbələrə reaksiyanın olmaması fonunda, artıq anlayış var ki, nüvə blefi işləmir. Onlar anlayırlar ki, müharibə artıq Rusiya ərazisinə keçib və ya onlar özlərininki hesab etdikləri ərazilərə keçib və buna görə Ukraynaya söz deyən yoxdur. Ona görə Rusiyada Kreml qüllələri artıq özlərinə bəraət axtarırlar - kimdir günahkar?

İkincisi, mən hesab edirəm ki, artıq postputin Rusiyasında yerlər uğrunda mübarizə gedir. Başqa sözlə, Putinə nə isə olacağı təqdirdə, onlar Qərblə deeskalasiyaya nə ilə çıxacaqlar? Əminəm ki, belə danışıqlar artıq gedir. Və burada Duqinin fiquru, müharibənin ideoloqu kimi toksik insan fiquru, yox olacaq» - Zaqorodnı izah edib.

O, əlavə edib ki, həm də Rusiya situasiyadan yararlana bilər ki, Ukraynanı terror aktı hazırlamaqda günahlandırsınlar və zərbə üçün bəhanə tapsınlar.

«Paralel olaraq, Ukraynanı terror aktı hazırlamaqda və başqa işlərdə günahlandırmaq olar… Və bəhanə tapmaq da, məsələn, Ukrayna ərazisinə zərbə endirmək üçün. Baxmayaraq ki, onlar daha çox, «öz ayaqlarına atəş açırlar», çünki rusiyalılarda getdikcə daha çox suallar yaranır ki, necə olur, Ukrayna xüsusi xidmətləri artıq özlərini Moskvada sərbəst hiss edirlər?» - Zaqorodnı deyib.

Onun fikrincə, Rusiya Federasiyasında «rejimin ən toksik fiqurlarını ləğv edəcəklər», o cümlədən Duqini də.

"Orada hələ PROXONOV, MARQO SİMONYAN, SOLOVYOV var. Onların hamsı ehtiyatlanmalıdır. Çünki hamısı rejimin adamlarıdır. Onlar artıq lazım deyillər. Postputin elitaları artıq fikirləşirlər ki, onlar Putinin elədiklərini «malalamalı» olacaqlar. Çünki onların həyatı, hər şeydən əvvəl Qərblə bağlıdır. Baxın, rusiyalılara turist vizalarının verilməsinə yönəlik mümkün imtinaya onların reaksiyası necədir? Başqa sözlə, çox ağrılı mövzudur. Ona görə də daxili mübarizə bununla əlaqəli olacaq» - Zaqorodnı proqnoz edir.
azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.