Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır - Tanınmış yazar Elm və Təhsil nazirinə OD PÜSKÜRDÜ

24-09-2022, 09:28           
Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır
Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır
Şair Aqşin Yenisey dərsliklərdəki kobud səhvlərdən yazıb.

TEREF.AZ AzToday.az-a istinadla xəbər verir ki, şair 3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitindəki balaca bir mətndəki səhvləri sadalayıb.

Şairin yazdığını olduğu kimi təqdim edirik:

3-cü sinif üçün Azərbaycan dili dərs vəsaitidir. Balaca bir mətndəki səhvlər:

1. Ümumi isimlər bütün hallarda böyük hərflə yazılıb.

2. “Hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır”. “Deyə”dən sonra vergül olmamalıdır. “Qoyunu kəsmək vaxtı çatır” yox, “qoyunu kəsməli olurlar”. Çünki vaxtı çatan hərəkət planlaşdırılmış hərəkətdir.

3. “Dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün İnəyin də sonu çatır”. “Dəfnetmə mərasimi” yox, “Dəfn mərasimi”. “Ləyaqətlə” yox, “layiqincə” olmalı. Yasda inək kəsə bilməmək ləyaqətsiz olmaq demək deyil. “İnəyin də sonu çatır” yox, “kəsilmək növbəsi inəyə çatır” olmalı.

4. “Siçan ona heç bir aidiyyatı olmayan hadisələri sadəcə kənardan durub, divardakı xırda dəlik vasitəsilə müşahidə edirdi”. “Sadəcə” ara sözüdür, cümlədə hər iki tərəfdən vergüllə ayrılır. “Kənardan durub” ifadəsi artıq və məntiqsizdir. “Dəlik vasitəsilə” deyil, “dəlikdən” olmalı. “Müşahidə edirdi” yox, “izləyirdi”, “baxırdı” olmalı. Siçan Qaliley deyil ki, nəyisə muşahidə etsin.

Azərbaycan dilini bu cür öyrənməkdənsə, uşaqlarımız lal olsalar daha yaxşıdır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru