" Laçın yoluna dəhliz, Zəngəzur yoluna isə sadəcə yol kimi." - Paşinyandan absurd təklif...

7-10-2022, 13:03           
" Laçın yoluna dəhliz, Zəngəzur yoluna isə sadəcə yol kimi." - Paşinyandan absurd təklif...
«Praqada mən bütün regional kommunikasiyaların blokdan çıxarılması təklifimizi bir daha təsdiqlədim.
Azərbaycan yenə də müsbət cavab vermədi. Yenə deyirəm, Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmətlə yanaşaraq bütün regional kommunikasiyaların açılmasına hazırdır”:
Nikol Paşinyan
Paşinyanın bu sözlərindən aydın olur ki, Praqa görüşündə ən çox mübahisə doğuran məqam kommunikasiyaların statusu ilə bağlı olub. Bəllidir ki, Azərbaycan Prezidenti Laçın dəhlizinə hansı status veriləcəksə, Zəngəzur dəhlizinə də eyni statusun verilməsini tələb edirdi. Ermənistan tərəfi isə dəhlizlərə fərqli statusların verilməsi təklifini irəli sürürdü. Laçın yoluna dəhliz, Zəngəzur yoluna isə sadəcə yol kimi. Təbii ki, bu ikili yanaşma absurd idi və rəsmi Bakı həmin təkliflə razılaşa bilməzdi. Praqa sammitində qəbul olunan bəyanata nəzər salanda kommunikasiyaların açılması məsələsinin sənəddə yer almadığını görərik. Görünür, ermənilərin bu axmaq inadkarlığı hələ uzun müddət müzakirə mövzusuna çevriləcək. Bundan ən çox zərəri isə elə onların özləri çəkəcək.
Fikrimcə, Azərbaycanın yaxın zamanlarda bu istiqamətdə atacağı ən doğru addım Laçın dəhlizini bağlamaq olacaq. Qarabağ erməniləri bizim bərabər hüquqlu vətəndaşlarımızdırsa, buyurub alış-verişlərini bizimlə etsinlər. Bu hələlik çətindirmi? Bəli, çətindir. 30 ildən artıq xəyanət etdiyin ölkənin vətəndaşlarının üzünə baxa bilməyəcək qədər. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığına razıdırlarsa, təbii ki, bu çətinliyə sinə gərməlidirlər. Vətəndaş olmaq heç bir ölkədə asan başa gəlmir. Ermənilər bu zəhmətə qatlanmaq istəmirlərsə, istənilən ölkədə öz həyatlarını davam etdirə bilərlər. Bizim kiminlə nazıyla oynamayacaq halımız yoxdur.
Heydər Oğuz
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.