İran Ermənistana milyardlar yatırır, "dəhliz" çəkir… - Bu da bizim müsəlman...

15-10-2022, 11:14           
İran Ermənistana milyardlar yatırır, "dəhliz" çəkir… -
Ermənistan və İran qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib.

İlk 8 ayda bu rəqəmin 43 faiz artdığını deyən deputat bildirib ki, Ermənistan tərəfinin qaldırdığı problemlər tez bir zamanda həll olunarsa, o zaman 1 milyard dollar asanlıqla əldə edilə bilən göstəriciyə çevriləcək.

Papoyan xatırladıb ki, İran Fars körfəzindən Qara dənizə dəhliz açmağı planlaşdırır və bu layihənin mühüm qovşaqlarından biri Ermənistanın Sünik bölgəsindən keçən Şimal-Cənub dəhlizi olacaq.

“İran hökuməti və şirkətləri Şimal-Cənub dəhlizinin müəyyən hissəsinin inşasında maraqlıdır. Bu məsələ ilə bağlı müzakirələr aparılıb və aparılacaq. Ermənistan hökuməti İran tərəfini dəstəkləməyə hazırdır”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, İran və Ermənistan iqtisadi əlaqələrinin səviyyəsi çox yüksək səviyyədə olan siyasi əlaqələrdən ciddi şəkildə geridə qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru