"Beləqan əti, Ağcabədi əti olmur..."- Dünyaca məşhur aşpazdan sərt iradlar.... FOTO
17-12-2022, 12:28

Bunu bu gün çəkdim. Belə dükanlar çoxdur. Ağdam əti, Masallı əti və s.
Dostlar rayonun, kəndin və s əti olmur.
Mal əti, dana əti, qoyun əti, quş ətı və s olur.
Torpaqda yetişdiyi üçün Qazqulu ( Tovuz) xiyari, Gəncə göyərtisi, Zira pomidoru, Ağdaş heyvası, Göyçay narı, Gədəbəy kartofu, Hövsan soğanı və s olur.
Amma bunların əti olmur.

Dükanın adı “ Beyləqan. Ət dükanı” yazıla bilər.
Və ya. “ Beyləqan heyvanlarının əti” və s.
Bundan başqa Kənd toyuğu, kənd yumurtası , həyət yumurtası olmur. Təbıı yumurta, təbıı yetişdirilmiş toyuq,toyuq yumurtası, bildirçin yumurtası və s. yazılmalıdır.
Teref.az yazır ki, bunu Beynəlxalq İslam Kulinariya İttifaqının, Azərbaycan Milli Kulinarları Assosasiyasının prezidenti və dünyaca məşhur aşpaz Tahir Əmiraslanov yazıb. Tahir bəy yazdıqlarını şərh edərək davam edir:
Kənd , həyət yumurtlamır axı.
Mən bilmirəm kim dilimizi bu günə qoyur. Kim buna cavabdehdir?
Amma milli dilində yazıb oxumaq üçün bilirsiniz nə qədər millətlər mübarizə aparır? Elə cənublu qardaşlarımızı götürək. Dilimizin tətbiqi üçün qanlarını, canlarını verirlər.
Bizə isə Allah dilimizi dövlət dili etmək imkanı verdi.
Dövlət dilinin tətbiqi barədə Prezidentimiz neçə sərəncam verib.
Gəlin yerinə yetirək.
Teref.az yazır ki, tahir bəy bütün bunlardan gileylənərək, acı -acı deyir:
Ballah , mənı qınamayın. sovetlər dövründə Azərbaycan dilu daha doğru, daha düzgün , daha geniş tətbiq olunurdu.
İş o yerə çatıb ki, bir Azərbaycan İctimai Birliyının axmaq rəhbəri mənə ingilis dilində müraciət məktubu göndərib. Əlbətdə cavab vermədim. Sadəcə səni ora qoyanın da , arxanda durub səni dəstəkləyən məmurların və iş adamlarının da ( ardını bilirsiniz).
Teref.az