Avropa Komissiyasının sədr müavini Vera Yurova Maskın öz sosial şəbəkəsində onun özünü hədələdi…
17-12-2022, 12:35

“Twitter” sosial şəbəkəsi “Amerikanın səsi”, “CNN”, “New York Times” və “Washington Post” əməkdaşlarının, eləcə də bir sıra müstəqil jurnalistlərin hesablarını bloklayıb.
Elon Musk bunu onların twitter platformadasında @ElonJet stalker hesabının dezo tipli nəşrlərin yerləşdirmələri və bu hesaba informasiya dəstəyi verməsi ilə izah etdi.
Dünən Mask öz mikroblogunda yazdı ki, “@Elonjet hesabı bloklanıb, ancaq bundan sonra bu mətbuat mənsubları və KİV-lər özünü Twitter-ə alternativ kimi göstərən Mastodon sosial şəbəkəsindəki hesablarından @ElonJet-in dərclərini və dezo tipli xəbərlərini işıqlandırmaqda davam ediblər”.
Twitter həmçinin platformada “Mastodon” hesabını da bloklayıb, ona bağlı istənilən dərci qadağan edib.
Xatırladım ki, bloger Cek Svininin idarə etdiyi @ElonJet hesabı və ona bağlı jurnalist qrupu Elon Maskın təyyarəsinin hərəkətini izləyir, onun və ailəsinin getdiyi yerləri canlı yayım formatda dərc edirdilər.
Twitterdə hesabları bloklananlar “The New York Times” -ın Rayan Mack, “CNN”-dən Doni O'Sullivan, “The Washington Post”-dan Drew Harwell, “The Intercept”dən Mika Li, “Mashable”-dan Mett Binder və müstəqil ekspertlər Aaron Rupar və Tony Vebster ittihamla razı deyillər və Maskı və onun fəaliyyətini tənqid etdikləri üçün ban aldıqlarını bildirirlər.
Bloklamadan dərhal sonra Elon Mask Twitter Space-də mikroblogunda “ məni istənilən qədər tənqid edə bilərsiniz, amma hazırda mənim olduğum yeri “doksinq” (bir şəxs haqqında şəxsi və ya məxfi məlumatların onun razılığı olmadan dərc edilməsi) etmək və ailəmi təhlükə altına qoymaq olmaz” yazdı.
Mask həmçinin jurnalistlərin qadağasının ləğv edilib-edilməməsi ilə bağlı bir sorğu da keçirdi .
Bloklanmış jurnalistlər Binder və Harwell Twitter Space-də özlərini rusvay edilmiş hesab etdikləri, səhvən bloklandıqlarını və @ElonJet-ə informasiya dəstəyi ittihamlarını qəbul etmədiklərini yazdılar.
Mask da bu şərhə cavab olaraq onları bu yolla “qadağadan yayınmaqda” ittiham etdi.
Jurnalist Drew Harwell bir az da irəli gerərək, Maska özünün bu yaxınlarda ifşa etdiyi ABŞ prezidenti Hunter Baydenin noutbuku haqqında məlumatların gizlədilməsi ilə müqayisə etməyə çalışdı.
Mask isə ona belə cavab verdi ki, “Sən dokssan, cəzalısan. hekayənin sonu, bu qədər" yazdı.
Bu gecə Avropa Birliyi də birdən birə bloklama ilə dastanına qoşuldu.
Avropa Komissiyasının sədr müavini Vera Yurova elə Twitter hesabında bəyanat yayaraq İlon Muskı bütün Avropa İttifaqı adından sanksiyalarla hədələdir.
“Jurnalistlərin Twitter hesablarının bloklanması ilə bağlı xəbərlər narahatlıq doğurur” ,
Avropa Rəqəmsal Xidmətlər Aktı mətbuat azadlığına və fundamental hüquqlara hörmət tələb edir ,
Bu tələb bizim Mətbuat Azadlığı Aktımızla da gücləndirilib ,
Elon Musk bunu bilməlidir. Budur bizim qırmızı xətlərimiz və tezliklə sanksiyalar mümkündür”, deyə Yurova Maskın öz sosial şəbəkəsində onun özünü hədələdi…
Yeganə Hacıyeva
Teref.az