Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi – Fotolar

27-12-2022, 17:58           
Fərid Qayıbovun müavininin qızı Nazirliyin tədbirində “ilin ən yaxşısı” seçildi – Fotolar
Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirib.

Yeniavaz.com xəbər verir ki, "Buta palas”da təşkil edilən tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

2022-ci ilin ən yaxşıları sorğusunun yekun nəticələrinə əsasən "2022-ci ilin ən yaxşı məşqçisi” nominasiyasının qalibləri Qurban Qurbanov ("Qarabağ” FK), Aleksandr Tarakanov (yunan-Roma güləşi) və Siyana Vasileva (bədii gimnastika) olub.

S. Vasileva gənclər və idman naziri Fərid Qayıbovun müavini Mariana Vasilevanın qızıdır.

Nazir müavininin qızının ən yaxşı məşqçilər siyahısında yer alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru