Vardanyan 90-cı illərdə Rusiyada quldur yollarla mülkiyyətini ələ keçirdiyi biznesmenlərlə Azərbaycanı səhv salıb...
29-12-2022, 09:34
Separatçılar “Dəmirli” və “Qızılbulaq” yataqlarını qanunsuz istismar edən “Base Metal” şirkətinin fəaliyyəti ilə bağlı beynəlxalq ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəliblər. Buna qədər isə qeyri-qanuni hasilatı müvəqqəti dayandırmaq qərarına gəliblər. Bu heç bir halda şirkətin Qarabağdakı qanunsuz fəaliyyətini dayandırmaq və ya araşdırmaq üçün edilən təşəbbüslər deyil. Bu , şirkətin Azərbaycanın ressurslarını qeyri-qanunu istismarını və ekoloji cinayətlərini legitimləşdirmək cəhdi ilə atılan addımdır və təşəbbüslər Ruben Vardanyanın özündən qaynaqlanır. Deyəsən axı, Vardanyan 90-cı illərdə Rusiyada quldur yollarla mülkiyyətini ələ keçirdiyi biznesmenlərlə Azərbaycanı səhv salıb... Yeganə Hacıyeva Teref.az