Putin ilk dəfə Donbasda: Rusiya prezidenti işğal olunmuş Mariupola səfər edib – VİDEO

19-03-2023, 11:56           
Putin ilk dəfə Donbasda: Rusiya prezidenti işğal olunmuş Mariupola səfər edib – VİDEO
Rusiya Prezidenti Vladimir Putin işğal olunmuş Mariupola səfər edib. Bu, onun Donbasa ilk səfəridir.

“Rossiya-24” telekanalı ölkə başçısının rus qoşunları tərəfindən işğal olunmuş ərazilərə səfərindən video yayımlayıb. Kadrlarda o, baş nazirin müavini Xusnullinlə maşında gəzir. Dövlət rəsmisi Putinə şəhərdə aparılan tikinti və bərpa işlərinin gedişi barədə məlumat verib.

Bildirilib ki, Putin helikopterlə şəhərə uçub və avtomobillə bir neçə rayonu gəzib, bir sıra obyektlərə baxış keçirib, yerli sakinlərlə söhbət edib.
Kremlin mətbuat xidməti xəbər verir ki, o, ailələrdən birinin dəvəti ilə onların evinə gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru