Şahin Mustafayevin erməni müəllimi ondan danışdı: - “O, erməni dili və tarixini ermənilərdən yaxşı bilir”

4-06-2023, 10:54           
Şahin Mustafayevin erməni müəllimi ondan danışdı: -
Xəbər verildiyi kimi, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delmitasiyası komissiyası mütəmadi olaraq iclaşlar keçirir. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycanı komissiyada baş nazirini birinci müavini Şahin Mustafayev təmsil edir.

O erməni həmkarı Mqer Qriqoryanla dəfələrlə görüşüb. Erməni mediası bir neçə dəfə maraq üçün sual verib ki, tərəflər görüşdükdə hansı dildə danışırlar. Qriqoryan buna cavab verməsə də, yerli media iddia edib ki, Mustafayevlə erməni nazir müavini məhz erməni dilində söhbətləşirlər. Bunu isə ona əsaslanırlar ki, Şahin Mustafayev Ermənistanda dünyaya gəlib. Orta məktəbi və universiteti də burada oxuyub.

TEREF.AZ JAMAZ.İNFO-ya xəbər verir ki, İrəvanda nəşr olunan “İravunk” qəzeti bununla bağlı maraqlı bir reportaj hazırlayıb. Belə ki, Şahin Mustafayevin müəlliməsi olmuş Anuş Aleksanyanla xeyli söhbət ediblər.

Aleksanyan deyib ki, baş nazirini birinci müavini Ermənistanda doğulub. “Onun atası Cucevə köçüb, orada mal-qara saxlayırdı. 9-cu sinifə kimi həmin kəndin məktəbində təhsil alıb. 9-10-cu sinfləri isə Noyemberyan şəhərindəki 2 saylı məktəbində oxuyub. Bunun ardından İrəvana köçüblər. Üçüncü kursa kimi İrəvan Dövlət Universitetində təhsil alıb”.

O deyib ki, Şahin olduqca istedadlı və bacarıqlı uşaq olub. “Çox bacarıqlı və bilikli idi. O, erməni dilini, erməni tarixini ermənilərdən də yaxşı bilir”.

Aleksanyan bildirib ki, o, təkcə Şahin Mustafayevə deyil, onun üç bacısına da dərs deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.