Amerikalı milyarder Soros Macarıstan lideri Orban-ın “düşməninə” necə çevrildi?

10-07-2023, 10:34           
Amerikalı milyarder Soros Macarıstan lideri Orban-ın “düşməninə” necə çevrildi?
Müasir populizmin memarlarından biri olan George Birnbaum "Bir düşməninizin olması yaxşıdır. Hamı tərəfindən sevilən birinə nadir hallarda rast gəlmək olar" deyir.

30 ildir siyasi məsləhətçilik edən Birnbaum 1996-cı ildə İsraildə Benjamin Netanyahunun, 2010-cu ildə Macarıstanda Viktor Orbanın hakimiyyətə gəlməsinə kömək edib.

Onun bir çox ölkələrdə müştərisi var və bu gün o, New York, Dubay və Harare arasında səyahət edir.

George Birnbaum 1972-ci ildə Richard Nixon-a və digər Respublikaçı liderlərə hakimiyyətə gəlməyə köməklik göstərərək ABŞ-da siyasi kampaniya sənətini yenidən kəşf etmiş parlaq riyaziyyatçı olan, müəllimi və mərhum biznes tərəfdaşı Artur Finkelstein-in yetirmələrindən biri kimi şöhrət qazanıb.

Finkelstein 1970-ci il tarixli bir qeydində yazmışdı: "Siz seçkiləri işinizə yarayan ən uyğun olan mövzular, məsələn, New Yorkdakı narkotiklər, cinayətlər, irqçilik ətrafında qütbləşdirməyə çalışmalısınız. Rəqibiniz qütbləşdirmə cəhdini ələ keçirərsə, deməli, probleminiz var.
Onlar hazırkı Baş nazir Şimon Peresin sələfi Yitzhak Rabin-in öldürülməsindən bir neçə ay sonra İsraildə Benjamin Netanyahunun ilk seçki qələbəsi ilə möhtəşəm uğur əldə etdilər.

Fələstinlilərlə sülh danışıqları ilə bağlı “Peres Qüdsü parçalayacaq” kimi şüarlar seçiciləri həyəcanlandırmışdı..

"Bu doğru idi?" - soruşuram.

“Qüdsün ortasından xətt keçsə də, keçməsə də, mən bunun doğru olduğunu düşünmürəm, – deyə o etiraf edir. – Lakin bələdiyyənin müəyyən bölgələri var idi.
Sülh müqaviləsi çərçivəsində onların Fələstin Muxtariyyətinə təhvil verilməsi müzakirə olunurdu".

2008-ci ildə, iki il sonra onlar Macarıstanda böyük qələbə qazanan sağçı Fidesz partiyasının lideri Viktor Orban üçün işləməyə başlayıblar.

Üç il sonra, üfiqdə yeni seçkilər görünəndə qərar verildi: Viktor Orbanın yeni bir düşmənə ehtiyacı var – macarlara onların qorxmalı olduğunu söylənməsi mümkün olan bir adam.

Çoxsaylı ictimai sorğulardan sonra onlar Macarıstan əsilli, o vaxt 85 yaşı olan ABŞ milyarderi və xeyriyyəçi George Sorosu mükəmməl hədəf olaraq gördülər. Viktor Orban o vaxtdan bəri Sorosu hədəfə aldı.

George Birnbaum mənə deyir: "George Soros yaxşı hədəf idi, çünki Macarıstanda kifayət qədər insanın bu milyarderin, az qala Oz Sehrbazı kimi pərdə arxasında siyasətə nəzarət etməsi fikrindən xoşu gəlmədi".

Yəni həqiqətən belə idi?
2015-ci ildə George Birnbaum Viktor Orbanla işləməyi dayandırdıqda, Macarıstanın Baş naziri yeni bir düşmən kəşf etdi: müsəlman mühacirlər.

Və həmin ilin sentyabrında George Soros Avropa İttifaqının çoxlu qaçqını qəbul etməsini təklif edəndə, Macarıstan lideri dərhal bunun “bir Soros planı” olmasına işarə etməkdə gecikmədi.

Ağlasığmaz olsa da, yəhudi xeyriyyəçi müsəlman mühacirlərin köməyi ilə xristian Avropasını məhv etmək planında ittiham olundu. Bu ideya artıq “Böyük Miqrasiya Nəzəriyyəsi” kimi Avropa siyasətinin ifrat sağ qanadında geniş vüsət alır.

Mühacirlər bir çox macarların dünya haqqındakı təsəvvüründə yəhudiləri və ya romalıları əvəz edən qorxulu “başqası” oldu. Və George Sorosun demonizasiyası Macarıstandan bütün dünyaya yayıldı.

“Düşmənlərinizi adları ilə çağırmaqdan qorxmayın.

Onlar heç vaxt mərhəmət göstərməyəcəklər. Bir anlıq George Soros haqqında düşünün”, – Viktor Orban 2022-ci ildə ABŞ-ın Texas ştatında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) Respublikaçılara deyib.
“Mən George Sorosu çox yaxşı tanıyıram. O mənim düşmənimdir. Bizim etdiyimiz heç bir şeyə inanmır”, - deyə Macarıstan lideri amerikalı ev sahiblərinə müraciətində vurğulayıb.

George Birnbaumun həyat yoldaşı ukraynalıdır və cütlük Kiyev meri Vitali Kliçkonun yaxın dostları kimi Ukraynaya tez-tez baş çəkir.

Keçən il Ukraynaya qoşun yeridən Rusiya lideri Vladimir Putinin liberalizmin köhnəldiyini deməsinə diqqət çəkirəm.

Rusiya lideri liberal Qərb, multikulturalizm, immiqrasiya və insan haqları məsələlərini gündəmə gətirmək fürsətini əldən vermir.

Bu, Ukraynanın qoşulmağa çalışdığı Qərb deyilmi? Hanı George Soros-un inandığı?

George Birnbaum bildirir ki, Ukraynadakı müharibə “azadlığın və demokratiyanın nə üçün vacib olduğunu bizə xatırladır”.

O deyir ki, küçədə George Sorosa rast gəlsəydi, onu içki içməyə dəvət edərdi:

“Bizim bir çox məsələlərdə fikir ayrılığımız var... Amma mən Qərb demokratiyasının, liberal demokratiyanın gələcəyini harada gördüyümüzü bilmək istəyirəm.

“İstər solun mütərəqqi liberalizmi, istərsə də hazırda mövcud olan ifrat sağçı təcrid mühafizəkarlığı olsun, mənim hər iki tərəfdən ekstremistlərlə problemlərim var”.

Viktor Orbana gəlincə, George Birnbaum-un sözlərinə görə, onların sonuncu görüşlərindən təxminən on il keçib.

George Birnbaum tanış olduqlarında ona heyran olubmuş.

"İntellektual olaraq çox ağıllı bir şəxs, iqtisadiyyat və siyasətin digər sahələrini dərindən bilən bir insan ... və bu nadirdir".
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.