DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb - ƏMR

11-07-2023, 16:45           
DİN-in Mətbuat Xidmətinin rəisi vəzifəsinin icrası Elşad Hacıyevə tapşırılıb - ƏMR
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

DİA.AZ bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, daha əvvəl DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov idi. O, ötən gün xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. E.Hacıyev isə nazirliyin Mətbuat Xidmətinin şöbə rəisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru