Erməni cəlladı həbs edildi...

14-07-2023, 00:23           
Erməni cəlladı həbs edildi...
Qarabağdakı erməni separatçılarının "Milli Təhlükəsizlik Xidməti" Vitali Balasanyanın mənzilində təxminən 40 dəqiqə axtarış aparıb, bundan sonra o, oğlu və əmisi saxlanılıb.
Vitali Balasanyan kimdir?
1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir. 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan DQR-nin müdafiə nazirinin müavini olmuşdur. 2000-2005-ci illərdə "Arsax Müharibəsi Veteranları Birliyi" ictimai təşkilatına rəhbərlik etmişdir. 2000-ci ildə general-mayor rütbəsi almışdır. Əsgəran rayoanundan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir (Ağdam döyüşü, Horadiz əməliyyatı və s.). 2002-ci ildə "Arsax Qəhrəmanı" adına layiq görülmüşdür.
Vitali Balasanyan 2016-cı ilin aprel ayında Qarabağda baş verən Dördgünlük müharibədə də iştirak etmişdir.
Heyder Oguz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru