Kobud qanun pozuntularına yol vermiş hakimlər barədə yeni intizam icraatları başlanılıb - FOTO

14-07-2023, 10:26           
Kobud qanun pozuntularına yol vermiş hakimlər barədə yeni intizam icraatları başlanılıb - FOTO
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.

Bu barədə şuradan məlumat verilib.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sisteminin müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb, bu istiqamətdə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Sonra iclasda gündəlikdəki məsələlər üzrə məruzələr dinlənilib, məhkəmə sisteminin səmərəliliyinin artırılması, hakimlərin seçim qaydalarının təkmilləşdirilməsi üzrə konkret təkliflər müzakirə olunub, məhkəmə fəaliyyətini tənzimləyən hüquqi akt layihələrinə baxılıb.
Eyni zamanda, Hakimlərin Seçki Komitəsinə yeni üzvlər seçilib, bəzi təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İclasda, bundan başqa, hakimlərin intizam icraatı üzrə işlərə baxılıb, kobud qanun pozuntularına yol vermiş bəzi hakimlər barədə yeni intizam icraatları başlanılıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.