"İnsaf doğrudan da dinin yarısıdırsa, ölkədə ən qatı ateist bankirlərdi..."

14-07-2023, 11:28           
"İnsaf doğrudan da dinin yarısıdırsa, ölkədə ən qatı ateist bankirlərdi..."
"Bir nəfərə 10 manat verməli idim. Üstümdə nağd pul olmadığı üçün kartdan-karta köçürməyə razılaşdıq. Və…" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Vüsal Məmmədov çıxış edərək etirazını ifadə edib.


Daha sonra jurnalist qeyd edir:
"Məlum oldu ki, mənim "Kapitalbank" kartımdan onun "Leobank" kartına 10 manatın köçürülməsi əməliyyatına 1 manat 50 qəpik komissiya haqqı tutulur… Yəni 15%.İnsaf doğrudan da dinin yarısıdırsa, ölkədə ən qatı ateist bunlardırlar.

Əməliyyatdan imtina etdim. Borclu-borclunun sağlığını istər, gələn dəfə görüşəndə üstümdə nağd pul olar, 10 manatı verərəm".

Məsələ ilə bağlı bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru