Söhbət Laçın yolundan gedəndə nədən fərqli reaksiyalar görürük?- Ya biz öz mövqeyimizi doğru izah edə bilmirik, ya da ...

13-08-2023, 10:54           
Söhbət Laçın yolundan gedəndə nədən fərqli reaksiyalar görürük?-
Təsəvvür edin ki, sabah Rusiya Moldova ərazisi olan, amma Rusiya tərəfindən işğal edilmiş qondarma "Dnestyanı Respublikaya" humanitar yük aparmaq istəyir. Deyir ki, orada yaşayan etnik ruslara kömək etmək istəyir, bunun üçün ya Ukrayna, ya da Rumıniya ərazisində yükləri yoxlamadan keçirərək ora aparmaq istəyir - sizcə bütün sivil dünya buna nə deyər? İcazə verərlərmi? Təbii ki, yox, bu addımı Rusiyanın növbəti təxribatı, Moldovanın ərazi bütövlüyünə qəsd kimi dəyərləndirərlər.
Və ya, Rusiya tərəfindən işğal olunmuş Krıma Kreml qanunsuz olaraq tikdiyi Krım körpüsünü tək hərbi silah-sursat daşımaq üçün deyil, həm də humanitar yüklər üçün, Krlmda yaşayan 3 mln. insanı təmin etmək üçün istifadə etdiyini deyir. Ukrayna tam haqlı və hüquqi səbəblərlə bu "arqumenti" qəbul etmir və Krım körpüsünü leqal hədəf hesab edir, uğurlu zərbələr endirir - bütün sivil dünya da Kiyevin bu addımı haqlı sayır, alqışlayır.
Bəs söhbət Laçın yolundan gedəndə nədən fərqli reaksiyalar görürük? Nə səbəbə? Deməli ya buz öz mövqeyimizi doğru izah edə bilmirik, ya da 10 noyabr 2020-ci il sazişi əl-qolumuzu bağlayır, haqlı olduğumuz yerdə haqsız duruma düşürük.
Ona görə də:
1) Öz mövqeyimizi dünyanın anlayacağı anti-Rusiya ritorikası ilə daha qəti şəkildə izah etməyi öyrənməliyik. Milyonların oxuduğu “The Washington Post” qəzetinə, YAP-ın 17 nəfərin oxuduğu partiya qəzetində cavab verməklə bu iş olmur, istənilən Qərb mediasına sponsorlu yazılar yazmaq olar - cavab o mediada verilməlidir,
2) Əgər bəhanə 10 noyabr sazişidirsə, bu sənədin qüvvədən düşməsi üçün hüquqi prosedurlara start verilməlidir.
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.