Bura Hindistan deyil, amma... - DÖVLƏT ÖZÜ ÖZ ADINI TƏMİZƏ ÇIXARMALIDIR...

14-08-2023, 11:37           
Bura Hindistan deyil, amma... -
Bu maraqlı olay Hindistanda olmuşdur. Sanitar xidmətinin 11 əməkdaşı bəxtlərini sınamaq qərarına gəlirlər və birlikdə bir lotereya bileti alırlar.
“Press Trust of India” nəşrinin məlumatına görə, xadimə işçiləri o qədər az qazanırlar ki, 250 rupi dəyərində bir lotereya bileti almaq üçün pullarını bir yerə yığmalı olular.
Və ən maraqlısı bundan sonra olur. Bir bilet onlara uğur gətirir və qadınlar 1,2 milyon rupi qazanırlar. Vergilər çıxılandan sonra yerdə qalan 765 min rupini aralarında bölüşdürürlər.
Qeyd olunur ki, küçədə təmizlik işlərinə baxan xadimələrin həm də bəxti gətirib, çünki Kerala ştatında yay mussonu şərəfinə lotereya sahibləri uduşların məbləğini xeyli artırıblar. Bildirilir ki, bu hadisədən sonra yaxın vaxtlarda nəinki Hindistanda, eləcə də Cənubi Asiyada çətinliklə üzləşən insanların ümidinə çevrilən “lotereya xəstəliyiı”nın başlaması ehtimalı yüksələcək.
Bura Hindistan deyil... Amma rahatlıqla deyə bilərik ki, bu gün əli hər yerdən üzülmüş on minlərlə azərbaycanlı son ümid yeri kimi baxdığı "Azərlotoreya" tərəfindən rəsmən qarət olunmaqdadır. Həm də elə RƏSMİ formada...
Əllərində DÖVLƏTDƏN kağızları da var, kimsə bunlara toxuna bilməz. Rahatlıqla - hətta dövlət telekanalında belə reklam olunurlar.
Binəva yetim azərbaycanlı isə acgöz məmurların əlindən qurtara bildiyi beş-on qəpiyini gətirib atır bu "Azərlotoreya" adlı əjdahanın ağzına...

***

Hə, bura Hindistan deyil. Amma burda günlərin birində elə hind kinolarında olduğu kimi xoşbəxt sonluğu görə bilərik. Bunun üçün DÖVLƏT adına gərəkən addımların atılması əsas şərtdir. İmkan verməli deyilik ki, hansısa məmurlar öz biznes maraqlarını DÖVLƏT MARAĞI kimi təqdim edib onsuz da yoxsul olan vətəndaşlarımızı səfil gününə salsın...
Hə, bunun üçün DÖVLƏT özü yaxasını irəli verməlidir. Şünki arada istifadə olunan ONUN ADIDIR...

Azər Fikrətoğlu
DİA.AZ-ın redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.