Hökumət devalvasiyaya getmir, amma sürətlə manatın alıcılıq qabiliyyəti ölür - əslundə bu devalvasiyadan...

15-08-2023, 08:54           
Hökumət devalvasiyaya getmir, amma sürətlə manatın alıcılıq qabiliyyəti ölür - əslundə bu devalvasiyadan...
Rusiya Dumasının maliyyə bazarları komitəsinin sədri deputat Aksakov deyir ki, Rusiya əhalisi dollar-avronun məzənnəsi ilə maraqlanmır, sitat, "əhalinin vecinə də deyil, onlar kursa çoxdan tüpürüblər". Aksakovun sözlərinə görə məzənnə əhalinin 99%-nə təsir etmir, onlar xaricə getmir, ona görə də dolların 101 rubl olmasını əhali gülümsəyərək qarşılayır.
Avtoritar rejimlərin ən iyrənc tərəflərindən biri ağ yalandır, rejim qulları insanları axmaq yerinə qoyub yalan danışırlar - Rusiyada qiymətlər birbaşa məzənnədən asılıdır, rublun son aylar 30-35% dəyər itirməsi inflyasiyanı sürətləndirib, qiymətlər günbəgün artır. Xaricə getməyən, Putini sevən orta statustik rusiyalı dükan-bazara da getmir?!
Rubl-lirə dəyərdən düşən kimi bizdə də manatın taleyi aktuallaşır, bizdə məzənnə inzibatidir, "iqtisadi zopa" ilə tənzimlənir, qadağalar və məhdudiyyətlərlə 1,7 səviyyəsində saxlanılır. Hökumət bizdə eyni şeyi 2005-2015 də düz 10 il etdi, ən pis "ənənələrə" sadiq olan hökumətimiz yenə eyni səhvi edərək 10 il məzənnəni sabit saxlayacaq, yəni, bizdə manatla bağlı proseslər 2025-dən, bir referendum, 3 seçki prosesindən sonra başlayacaq. Hökuməti seçki ilə dəyişə bilməsək, 2025 də yenə 2-3 pilləli devalvasiyaya gedib 10 il sabit məzənnə reniminə keçəcək və ən pisi budur ki, hökumət dəyişsə də devalvasiya olacaq, çünki bu 30 ildə yetim manata balaca "hovuz" da "tikmədilər" ki, yavaş-yavaş "üzməyi" öyrənsin.
Hökumət devalvasiyaya getmir, amma sürətlə manatın alıcılıq qabiliyyəti ölür - əslundə bu devalvasiyadan heç də az təhlükəli deyil, insanların real gəlirlərini "yeyib-bitirən" yanaşmadır...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.