Rusiya hərc mərclik girdabında - Rusiyadan qacan deputat azadliq mübarizısi elan etdi və...

15-08-2023, 11:37           
Rusiya hərc mərclik girdabında -
Ukrayna savaşından sonra bütün parametrlərdə böhran yaşayan Rusiya Federasiyasının parçalanmasına aparan proseslər sürətlənməkdədir.

Avqustun 13-də Rusiya Federasiyası Smolensk Vilayət Dumasının deputatı Vladislav Jivitsa Polşanın paytaxtı Varşavaya qaçaraq vilayətin müstəqillik hərəkatının yaradıldığını elan edib.

TEREF.AZ-ın bildirdiyinə görə, moderator.az bu barədə Amerikanın “Azadlıq” radiosunun Tatar-Başqırd bürosunun “İdeal.Realiyi” media-layihəsinə istinadla xəbər verir.

Məlumatda deyilir ki, Rusiya deputatı Vladislav Jivitsa Varşavada Belarus Evində keçirdiyi mətbuat konfransında çıxış edib. Deputat öz çıxışında “gələcək azad Belarus və əraziləri əvvəllər Litva Böyük Hersoqluğu və Reç Pospolitanın tərkibində olmuş digər ölkələrlə sıx ittifaqda müstəqil Smolensk dövlətçiliyinin bərpasını” elan edib.

Jivitsa Rusiyada regional parlamentin yeganə hazırkı deputatıdır ki, öz vilayətinin müstəqilliyi üçün açıq çıxış edib.

Mətbuat konfransı keçirən Belarus Müxalifətinin Koordinasiya Şurasının üzvü Yan Rudik bildirib ki, “Smolensk Belarus torpağıdır və bütün Belarus kimi bu gün də tarixi fəlakətə görə Moskvanın işğalı altındadır”.

Rusiyalı deputat Jivitsinin sözlərinə görə, növbəti addımlardan biri Ukrayna tərəfində vuruşan Belarusun Kalinovski alayının tərkibində Smolensk Respublikasının müstəqilliyi tərəfdarlarından ibarət döyüş bölməsinin yaradılması olacaq.

İdel.Realii müxbirinin Rusiyanın digər regionlarının (xüsusən, Volqaboyu respublikalar, Tatarıstan və Başqırdıstan) müstəqillik əldə etmək şanslarını necə qiymətləndirdikləri ilə bağlı sualını cavablandıran natiqlər bildiriblər ki, Smolensk vilayətinin müstəqilliyi uğrunda hərəkatın uğurları Rusiya Federasiyasının digər subyektlərinin də suverenliyi tərəfdarlarının hərəkətlərinə təsir edəcək yaxşı bir situasiya yarada bilər...

Mətbuat konfransından sonra Vladislav Jivitsa “İdel.Realiyi”nin müxbirinə bildirib ki, onun Smolenskdəki qanuni nümayəndəsinə “FSB”-dən zəng gəlib və deputata qarşı cinayət işinin başlanmasının çox gecikməyəcəyini deyib.

Xatırladaq ki, Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsi Rusiya elitasının nümayəndələrinin Ukrayna kəşfiyyatı ilə əlaqə saxlamağa hazır olduğunu bildirib. Davam edən daxili rəqabət, üstünlüklər və vəzifələr uğrunda mübarizə gedir...













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.