Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq

20-08-2023, 13:24           
Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq
Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb
Belə ki, ETN orta təhsil haqqında şəhadətnamə və tam orta təhsil haqqında attestatları rəqəmsallaşdırıb və bu datanı MyGov portalına da inteqrasiya edib. Faydalı xidmətlərdi.
Hazırda vətəndaşlar MyGov portalında “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində şəhadətnamə və attestat barədə elektron arayışı asanlıqla əldə edə bilirlər.
Hələlik 2015-ci ildən indiki dövrədək olan sənədlər rəqəmsallaşdırılıb.
Xatırladıram ki, hazırda MGov-da olan sənədlərin hüquqi statusa malik olması və bütün dövlət qurumları tərəfindən tanınması istiqamətində RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən də işlər aparılır. Bu istiqamətdə problemlər çoxdur.
Ümid edirəm bundan sonra hansısa qurum bu təhsil sənədlərinin notarial qaydada təsdiqlənmiş variantlarını harasa yükləməyi və kağız formada təqdim etməyi tələb etməyəcəklər.
Xatırladıram ki, ETN 2011-ci ildən başlayaraq ali təhsil diplomlarını da elektronlaşdırmağa başlamışdı.
Bildiyim qədər proses başa çatmayıb. Yəni, ETN ali təhsil müəssisələrinin arxivlərində mövcud olan kağız formada diplom bazasının elektronlaşdırılması və digər dövlət informasiya sistemlərinə inteqrasiyasını tam başa çatdırmayıb.
Ümid edək ETN bütün təhsil pillələri üzrə əvvəlki dövrlərin arayışlarının da elektronlaşması prosesini və inteqrasiyanı tam başa çatdıracaq.
Yeri gəlmişkən, iki il öncə Təhsil haqqında qanunvericiliyə də dəyişikliklər edilib.
Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq.
Bu istiqamətdə ETN tərəfindən müəyyən addımlar atılsa da, hələlik rəqəmsal diplom mərhələsi başlamayıb.
Bu isə başqa bir müzakirə mövzusudur.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.