Zamin Hacınə BŞBPİ- yə bu facebook statusuna görə çağırmışdılarBŞBPİ-

19-05-2015, 21:39           

"Yeni Müsavat"ın köşə yazarı Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsində general-mayor Elxan Seyidovla söhbətdən sonra, oradan ayrılıb. Bu barədə musavat.com-a qəzetimizin hüquqşünası, Zamin Hacını müşayiət edən Vaqif Hüseyn məlumat verib.

O, deyib ki, Z. Hacının polisə çağırılmasının səbəbi Facebook sosial şəbəkəsində bu gün paylaşdığı status olub. Zamin Hacı öz statusunda evlərinə penoplast vurulmuş hər kəsi onları sökməyə çağırıb.
Zamin Hacınə BŞBPİ- yə  bu facebook statusuna görə çağırmışdılarBŞBPİ-
General E. Seyidov deyib ki, yazar bu statusla qanunsuz çağırış edib və xalqı qızışdırıb. Zamin Hacı isə deyib ki, onun hərəkəti qanunsuz deyil, kimsəni qızışdırmayıb. Sadəcə, insanları onları hansı təhlükənin gözlədiyi barədə xəbərdar edib.

V. Hüseyn deyib ki, generalla yazarın danışığı polemikaya çevrilib, sonda da hər ikisi öz fikrində qalıb.

Zamin Hacıya hər hansı xəbərdarlıq edilməyib.

Xatırladırıq ki, bu gün günorta saatlarında “Yeni Müsavat” qəzetinin köşə yazarı, tanınmış jurnalist Zamin Hacı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə musavat.com-a açıqlamasında jurnalist özü bildirmişdi.

Jurnalist ona zəng edən BŞBPİ nümayəndəsinə idarəyə gəlməyəcəyini desə də, qarşı tərəf ona “özünüz gəlməsəniz yoldan tutub aparacağıq”, cavabı vermişdi.

Əməkdaşımız saat 19.00-da qəzetimizin hüquqşünası Vaqif Hüseynlə birlikdə BŞBP-də olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.