“Onun haqqında danışmaq hər adamın başı üçün deyil”

18-05-2025, 09:04           
“Onun haqqında danışmaq hər adamın başı üçün deyil”
Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

TEREF xəbər verir ki, o, Sərxan Kərəmoğlunun məşhur bəstəkar, təşkilatçı və prodüser Asif Kərimova atmacasına sərt reaksiya verib.

“Asif Kərimovun haqqında danışmaq hər insanın başı üçün deyil. Onun bu sənətdə çox böyük əziyyətləri olub. Özüm də onunla çalışıram. Məndə Beyons potensialı olduğunu hiss edir, daha yüksək yerlərdə görmək istəyir. O proyektlər var ki onların arxasında çox şeylər var nələri qurban vermək lazımdır. Asif Kərinmov mümkün olanları edib. Sərxan bu məsələdə haqsızdır”.

Daha sonra Sərxan Kərəmoğlu canlı efirə zəng vuraraq Kərimovun ünvanına səsləndirdiyi sözlərinə görə üzr istəyib.

Buna baxmayaraq, o, Kəmalənin “Azəri star” yarışması zamanı məşhurluq statusuna çatdığını və həmin zaman onu Tv kanala görmək üçün insanların gəldiyini sitat gətirərək, Asif Kərimovun Kəmaləni sıfırdan yaradıb ulduz etmədiyi fikrinin üstündə durub.

Xatırladaq ki, K. Qaramollayeva 5 ildir Asif Kərimovla çalışır.

Milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru