Celal Şengör üçün iki ilədək həbs tələbi
Bu gün, 08:54

Beykoz Baş Prokurorluğu tanınmış yerbilimçi Prof. Dr. Celal Şengör barəsində ittiham aktı hazırlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, Şengör “Türk millətini, Türkiyə Cümhuriyyətini, dövlətin qurum və orqanlarını alçaltmaq”da ittiham olunur və onun üçün iki ilə qədər həbs cəzası tələb edilir.
Prokurorluğun bu cəza tələbinə səbəb isə Şengörün aşağıdakı sözləridir:
“Türkiyə sivilizasiyadan uzaq bir ölkədir. Dünyada gördüyüm ən ibtidai ölkələrdən biridir. Mən türk xalqı qədər cahil, türk xalqı qədər əxlaq anlayışından məhrum bir toplum tanımamışam.
Bu gün Anadolu türklərinin orta IQ göstəricisi 86-dır. Normal insanın IQ-sü neçədir? 90. Yəni siz rəsmi dünya statistikasında geri zəkalı bir millət olaraq qeyd olunursunuz.”
İttiham aktında qeyd olunur ki, Şengör bu sözləri “20 noyabr 2024-dən əvvəl, dəqiq tarixi müəyyən edilməyən bir vaxtda” deyib və sosial şəbəkələrdə yayımlanandan sonra onun barəsində istintaqa başlanılıb.
Qeyd edilir ki, 12 mayda Türkiyə Ədliyyə Nazirliyi Celal Şengör barəsində “türk millətini açıq şəkildə alçaltmaq” ittihamı ilə istintaq aparılmasına icazə verib.
İddianaməyə əsasən, Şengör ittihama belə cavab verib:
“Söhbət gedən videodakı çıxış mənə aiddir. Bu fikirləri əlimdəki elmi sənədlərə əsaslanaraq demişəm. Sözlərim təhqir məqsədli deyil, elmi məlumatlara əsaslanır.”