Fransa xəritə yaydı: Ermənistan HÜCUMA HAZIRLAŞIR - FOTOFAKT

8-09-2023, 10:13           
Fransa xəritə yaydı:
Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib.

TEREF.AZ Publika.az-a istinadla xəbər verir ki, Fransa Xarici Siyasət Departamenti bütün sərhəd boyu əraziləri "təhlükəli zona” olaraq qeyd edib.


Diqqətçəkən əsas məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin dünən müdafiə naziri Suren Papikyanla görüşündən sonra dərc edilməsidir. İlk baxışdan belə görünür ki, eskalasiya riski haqda məlumatı Papikyan səfirə verib, o da ölkəsini məlumatlandırıb.

Lakin sərhəddə eskalasiya yaratmaqla beynəlxalq müstəvidə "Azərbaycanı hücum edən tərəf” kimi göstərmək və rəsmi Bakıya qarşı təzyiqə nail olmaq planının Ermənistan və Fransanın birgə niyyəti olduğunu nəzərə alsaq, bu xəritənin beynəlxalq ictimai rəyi manipulyasiya etməyə hesablandığı aydın görünür. Bu xəritə həm də Ermənistanın təxribat planının Fransa tərəfindən də təsdiqi kimi qəbul edil bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru