Hindistanda Böyük 20-lər sammiti başlayır. Sammitdə nələr müzakirə olunacaq?

9-09-2023, 09:44           
Hindistanda Böyük 20-lər sammiti başlayır.
Böyük 20-lik ölkələrinin liderləri 9-10 sentyabrda Hindistanın paytaxtı Yeni Delhi-də toplaşacaq. Sammitin əsas mövzusu davamlı inkişaf və Ukrayna müharibəsi olacaq.

G20 nədir?
G hərfi ingiliscədə Great - yəni, Böyük sözünün baş hərfidir. Odur ki, biz G-20-ni Azərbaycan dilində Böyük İyirmilər şəklində deyirik.

Böyük sözü 20 ölkənin birlikdə təşkil etdiyi qeyri-rəsmi qrupa doğrudan da yaraşır.

Bu ölkələr dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin 75 və dünya əhalisinin isə 66 faizini təmsil edirlər.
Maliyyə nazirlərinin və mərkəzi milli bankların direktorlarının 20-lər qrupu 1999-cu ildə qlobal iqtisadiyyat problemlərini çözmək məqsədi ilə sənayecə inkişaf etmiş 19 ölkəni və Avropa İttifaqını bir araya gətirərək yaradılıb.

G20-nin Avropa üzvləri Avropa İttifaqı və 19 dövlətdən ibarətdir. Bu ölkələr Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Türkiyə, Böyük Britaniya və ABŞ-dır. İspaniya danışıqlara qonaq kimi dəvət olunur.

Bu ölkələr arasında dünyanın ən zəngin sanayeləşmiş yeddi ölkəsi G7 qrupunda təmsil olunur.

Böyük 20-lərin mandatı
G-20 qrupu qeyri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrlə əlaqələndirməklə dünya iqtisadiyyatına əvəzsiz töhfə verir.

Sammitdə nələr müzakirə olunur?

G20 liderlərinin iqtisadiyyat haqqında danışmaq üçün bir araya gəldiyi görüşlərdə iqlim dəyişikliyindən, dayanıqlı enerjiyə, beynəlxalq borc amnistiyasından tutmuş, transmilli şirkətlərin vergilərinə qədər xeyli geniş məsələlər müzakirə olunur.

Hər il bir ölkə G20-yə sədrlik edir və iclasın gündəliyini müəyyən edir.G20-nin builki ev sahibi Hindistandır. Sammit həm də ölkə liderlərinə təkbətək danışıqlar aparmaq imkanı verir.

Rusya'nın Ukraynanı işğalı görüşdə uzlaşmanın çətin olacağı mövzuların önündə gəlir.

Mart 2022-də toplaşan G20 XİN başçıları ABŞ və Rusiya heyətinin ciddi mübahisələri səbəbilə razılığa gələ bilməmişdilər.

G20-lərin Balidə 2022- ildəki görüşünə Polşanın Ukrayna sərhədinə yaxın əraziyə raket düşməsi damğasını vurmuşdu. Sammitdə kimlər iştirak edir?
Ötən il Ukrayna Xarici İşlər Nazirliyi ölkəsini işğal etdiyi üçün Rusiyanın zirvəyə qatılmasına etiraz etmişdi. Ötən il Rusiya Prezidenti Vladimir Putini görüşdə Sergey Lavrov təmsil etmişdi, builki görüşdə də onun iştirakı gözlənilir. Lavrov Putini Cənubi Afrikadaki BRICS zirvəsində də təmsil etmişdi, Putin həmin görüşə videozənglə qatılmışdı.

Budəfəki görüşə Çin lideri Xi Jinping-in də iştirakı gözlənilmir.

May ayında isə Çin və Səudiyyə Ərəbistanı, Hindistanın nəzarətində olan Kəşmirdə turizmlə bağlı təşkil olunmuş G20 zirvesini bu bölgəyə Pakistanın da iddiası olduğu üçün baykot etmiştdi.

Hindistanın Çinlə də sərhəd mübahisəsi var.

Nəyə görə bir "ailə fotosu" çəkilir?
Sammitdə hökumət başçıları ənənəvi olaraq birgə şəkil çəkdirirlər.

Bu, liderlərin imzaladığı müqavilələri təqdim etmək üçün bir fürsət kimi qiymətləndirilir, lakin diplomatik fikir ayrılıqlarının fotoda özünü necə göstərdiyi qəzet başlıqlarına çıxır.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra 2018-ci ildə liderlər sammitində faktiki olaraq, xüsusi diqqət yetirilməyən şahzadə Məhəmməd bin Salman bu "ailə fotosu"nda qrupun ən sonunda idi.

G20 öz məqsədlərinə nail oldumu?
2008 və 2009-cu illərdə maliyyə böhranı zamanı keçirilən liderlərin sammitlərində qlobal maliyyə sisteminin xilası üçün bir sıra tədbirlər razılaşdırılıb.

Bununla belə, iddia olunurdu ki, sonrakı sammitlər daha az konstruktiv olub, çünki onlar rəqib dünya gücləri arasında gərginliklə yadda qalıb.

G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin builki görüşündə Ukraynaya müdaxilə ilə bağlı müzakirələr səbəbindən Rusiya ilə Qərb dövlətləri arasında xüsusi razılıq əldə olunmayıb.

Lakin liderlər sammitdə əlavə görüşlərdə bir araya gəlib razılaşma əldə etməyə çalışırlar.

2019-cu ildə Osakada keçirilmiş sammitdə ABŞ-ın o zamankı Prezidenti Donald Tramp və Çinin dövlət başçısı Şi Jinping böyük bir ticarət mübahisəsini həll etmək üçün danışıqları davam etdirmək barədə razılığa gəlmişdilər.
Zirvəyə niyə etiraz edirlər?

Liderlərin sammitləri tez-tez kütləvi etirazlarla qarşılanır.

2018-ci ildə Buenos Aires sammitində G20-nin iqtisadi siyasətlərinə etiraz edən minlərlə insanın iştirakı ilə yürüş keçirilmişdi.

2017-ci ildə Hamburqda keçirilən sammitdə kapitalizmə qarşı yürüşlər keçirilmişdi; 2018-ci ildə Rio-de-Janeyroda və 2010-cu ildə Torontoda keçirilən G20 sammitlərində minlərlə nümayişçi yürüş keçirmişdi.

2009-cu ildə qəzet satıcısı İan Tomlinson Londonda keçirilən G20 sammitinə etirazlar zamanı işdən evə qayıdarkən öldürülmüşdü.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.