Ramil Usubov daha bir rəisi işdən çıxartdı

8-07-2016, 22:30           
Ramil Usubov daha bir rəisi işdən çıxartdı
Daxili işlər naziri Ramil Usubov Bakıda polis rəisi ilə bağlı əmr verib.
teref.az criminal.az saytına istinadən məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəisi Mahir Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisi Zaur Əliyevi təyin edilib.
M.Məmmədovun hansı vəzifəyə təyin olunması məlum deyil.
Xatırladaq ki, dünən Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov işdən çıxarılıb. Nazir onu Kürdəmir rayonuna rəis göndərib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru