Rusiyanın revanş alması üçün Paşinyan vacibdir - ŞƏRH

19-09-2023, 00:09           
Rusiyanın revanş alması üçün Paşinyan vacibdir - ŞƏRH
Ermənistan Baş naziri Nikol Paşinyan maliyyə aktivlərini Britaniya banklarına köçürür. İddialara görə, baş nazirin müavinləri bu istiqamətdə müvafiq danışıqlar aparırlar.

Ermənistan Konstitusiya Məhkəməsinin sədr müavini, Paşinyanın ən etibarlı adamlarından sayılan Vahe Qriqoryan Londona gedib. O, Britaniyada “The Hongkong” and “Shanghai Banking”in hüquq departamentinin rəhbəri ilə görüşüb.

Danışıqların məzmunu Ermənistanın yüksək vəzifəli şəxslərinin maliyyə aktivlərinin məxfilik şərtləri altında Böyük Britaniyaya köçürülməsi olub. Ermənistanda yerləşən Britaniya banklarından birinin bu prosesdə iştirak edəcəyi deyilir.

TEREF.AZ-ın məlumatına görə, Ermənistan Baş nazirinin heç yana qaça bilməyəcəyini deyən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, hələ Paşinyanın Rusiya və Azərbaycanın qarşısında öhdəlikləri var:

"Mənə elə gəlir ki, Rusiyanın revanş alması üçün Paşinyan amili vacibdir və onun cəzalandırılması konteksində iş görəcək. Digər tərəfdən Ermənistan Baş naziri əlaqələri təkcə Böyük Britaniya üzərindən qurmur, həm də İsveçrə banklarına Ermənistanın aktivlərini göndərirlər. Əsas məqsəd isə beynəlxalq maliyyə lobbisindən dəstək təmin etməkdən ibarətdir. Bununla da hakimiyyətin ömrünü uzatmaq niyyəti güdürlər. Bu həm də bir strateji addımdır ki, Qərbin valyuta ehtiyatlarının tərkib hissəsinə çevrilməklə Rusiyaya qarşı demarşları davam etdirmək gücünü özlərində tapacaqlar".

Qeyd edək ki, bir müddət öncə Rusiyanın Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşdığı, artıq bir müddətdir İrəvanda bunun üçün minlərlə “Vaqner” döyüşçüsünün cəmləşdirildiyi iddia edildi. Daha sonra Rusiya XİN tərəfindən bu iddia təkzib olunsa da, Kremlin Paşinyan hakimiyyətinə qarşı çevrilişə hazırlaşdığına dair məlumatlar sürətlə yayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.