Rusiya sülhməramlı kontingentinti zamanı gələndə Qarabağdan necə çıxacaq

26-09-2023, 20:47           
Rusiya sülhməramlı kontingentinti zamanı gələndə Qarabağdan necə çıxacaq
Lokal antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağ iqtisadi rayonunda vəziyyəti kökündən dəyişdi. Bu, əlbəttə ki, tamamilə təbiidir və hər şey beynəlxalq qanunlar, Azərbaycan Konstitusiyasına uyğun olaraq aparılıb və aparılır. Son bir neçə gündə bütün dünya gördü ki, erməni separatçıların 30 ildən artıq işğalında olan Qarabağ dünyanın ən silahlandırılmış, özü də qanunsuz silahlandırılmış ərazlərindən biridr. Belə bir vəziyyət təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz və ətraf region üçün təhlükə, təhdid mənbəyi idi: “Azərbaycanın keçirdiyi antiterror tədbirləri bütün qeyd etdiyim bölgəni əslində gələcək təhlükələrdən xilas etmiş oldu. Rusiya sülhməramlılarına gəlincə, lokal antiterror əməliyyatları başlayandan indiyə qədər keçən müddətdə onların davranışını normal hesab etmək olar. Bundan öncəyə qədər olan üç ilə yaxın müddətdə isə sülhməramlılar davranışları ilə elə bir vəziyyət yaratmışdılar ki, Azərbaycan az qala onların ərazimizi tərk etməsi məsələsini qaldırmaq üzrə idi. 10 noyabr üçtərəfli bəyanatı hələ qüvvədə olduğu üçün bu gün əminliklə söyləmək olmaz ki, Rusiya sülhməramlıları çox yaxın zamanlarda-2025-ci ildən daha tez Azərbaycan ərazisindan çıxacaqlar. Maraqlıdır ki, sülhməramlıların yaxın zamanlarda Azərbaycan ərazisindən çıxacağını Azərbaycan siyasi ekspertləri deyil, məhz Rusiyanın tanınmış siyasi ekspertləri bildirirlər. Bu fikirlərin arxasında real informasiyanın dayandığını, yoxsa sadəcə mülahizə olduğunu isə bu gün dəqiq söyləmək mümkün deyil. Əslində həmin ekspertlərin şərhləri məntiqlidir. Şübhəsiz ki, əgər sülhməramlılar öz vəzifələrindən kənar, Azərbaycan qanunlarını pozan hərəkətlərə yol verərlərsə, o zaman Azərbaycan dövlətinin hüququ var onların çıxarılması məsələsini qaldırsın. Bu gün üçün isə dediyimiz kimi, onların belə hərəkətlərə yol verdiyinin qeydə alındığı barədə məlumatlar yoxdur”.
Əslində o da istisna deyil ki, Ermənistan silahlı qüvvələrinin qalıqları, erməni terror qrupları tərk-silah olub ərazimizdən çıxarıldıqdan, eləcə də erməni əhali könüllü şəkildə öz istəyi ilə Ermənistana çıxıb getdikdən sonra sülhməramlı kontingent bölgəni tərk edə bilər: “Çünki qeyd olunan vəziyyətdə onların işləri yekunlaşmış sayılır. Əgər Rusiya sülhməramlı kontingentini süni şəkildə Azərbaycan ərazisində saxlamağa çalışarsa, o zaman Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətlərində problemlər meydana gələ bilər. Bundan isə Rusiya daha çox itirər. Hesab edirəm ki, Kreml üçün bu arzuolunan vəziyyət deyil. Azərbaycan Rusiya sülhməramlı kontingentinin zamanı gələndə çıxmasının da heç bir problemsiz, Rusiya ilə əməkdaşlıq şəraitində baş verməsi maraqlidir"
Rovsen Əziz Türkoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.