Putinin fərmanı var: Kreml Rubeni qoruya bilməz! FOTOFAKT

27-09-2023, 16:36           
Putinin fərmanı var: Kreml Rubeni qoruya bilməz!  FOTOFAKT
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” Ruben Vardanyanı həbs edib.

Axar.az xəbər verir ki, Kreml sözcüsü Dmitri Peskov isə Vardanyanı, Rusiya vətəndaşlığı olacağı halda, müdafiə edəcəklərini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabrında Vardanyan videomüraciət yayaraq, Rusiya vətəndaşlığından çıxdığını və Qarabağa gəlmək istədiyini bildirmişdi.

Ötən ilin dekabrın 22-də də Rusiya Prezidenti Vladimir Putin fərman imzalayaraq, Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarmışdı.

Bir sözlə, Ruben Vardanyan Rusiya vətəndaşı olmadığı üçün Kremlin onu müdafiə etmək hüququ yoxdur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.