Ermənistanın rəhbəri kimi Nikol Paşinyan Azərbaycan üçün daha məqbuldur...

28-09-2023, 09:44           
Ermənistanın rəhbəri kimi Nikol Paşinyan Azərbaycan üçün daha məqbuldur...
2022-ci ilin elə bu vaxtları idi. ABŞ Konqresinin aşağı palatasının spikeri Nensi Pelosinin Ermənistana müəmmalı səfəri oldu. O səfər 120 milyon dollara başa gəldi. Onun 80 milyon dollarını Ruben Vardanyan ödədi...
Rusiya Nikol Paşinyanı Rubenin əli ilə yıxmaq istədi. Alınmadı. Belə olduqda Moskva onu qondarma Dağlıq Qarabağa "dövlət naziri" postuna təyin etdi. Azərbaycanın təkidi ilə 4 ay sonra Ruben o işdən də qovuldu...
Şübhəsiz ki, Rubenə görə Amerika, Avropa, elə Rusiyadan da Azərbaycana ağız açan çox olacaq. Bu da bizə müəyyən bazarlıq imkanı verəcək...
Məncə, Ruben Vardanyanı azad etmək olmaz. Çünki Moskva ondan yenə Nikol Paşinyanı yıxmaq üçün istifadə edə bilər. Bu isə bizə qətiyyən lazım deyil. Ermənistanın rəhbəri kimi Nikol Paşinyan Azərbaycan üçün daha məqbuldur...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru