RUSİYA NİYƏ ERMƏNİSTANDA UDUZUR....?

28-09-2023, 08:47           
RUSİYA NİYƏ ERMƏNİSTANDA UDUZUR....?
Son 200 ildir Kremlinin Şahmat Taxtasında piyon rolunu oynayan ermənilərin öz sahibinə əlcək atması bu qədər asandırmı..? Bu suala cavab tapmaq üçün keçmişə nəzər yetirmək lazımdır. Müstəqillik illərində Ermənistan kifayət qədər çətin yol keçmişdir. Ölkəyə uzun illər boyu Qarabağdan olan Robert Köçəryan rəhbərlik etmişdi. O çox mürəkkəb bir fiqurdur. Ermənistanda onu çox tənqid etsələrdə önəmli çevrələrdə nüfuzunu qoruyub saxlayıb. Lakin Köçəryandan sonra onunla eyni Klandan olan Rusiya Hərbi Sənayə Kompleksinə yaxın sayılan Serj Sərkisyan on il ərzində hakimiyyətə gəldi və onun təmamilə korrupsioner rejimi son nəticədə Ermənistan əhalisinin təxminən 90 faizini yoxsulluğa və ümidsizliyə sürüklədi. Bundan sonra təxminən 1998-ci ildən Ermənistan siyasətində olan və son məqsədlərini (Qərbə getməyi) heç vaxt gizlətməyən Nikol Paşinyanın gəlişi qaçılmaz oldu......
Ümumiyyətlə Paşinyanın yürütdüyü siyasi xətt İrəvanda yeni deyil. Bu siyasi xətt Azərbaycanla münasibətlərdə kompromis ideyasını formalaşdıran Levon Ter-Petrosyan dönəmində başlayıb. Demək olar ki, bu adam hətta son sovet dövründə “antisovet” kimi mühakimə olunub. Lakin birinci Qarabağ müharibəsində qalib gəldikdən sonra “Ağıllı olmaq vaxtıdır” xəttini ilk təklif edənlərdən biri məhz o oldu. Və Bakı ilə daha sərfəli şərtlərlə kompromislərə getməyin zəruriliyindən danışırdı. Bu fikir o dövrdə çox məhdud dəstək tapdı. Əgər 2020-ci ilə qədər Qarabağın böyük erməni layihəsindən kənarda mövcud olması ehtimalı praktiki olaraq müzakirə olunmurdusa, Azərbaycanla ikinci müharibədə məğlubiyyətdən sonra bu mümkün oldu.....
Bəs Rusiyanın səhvi nədir? Kremlin bütün bu olanları niyə öncədən görmədi ? Çünki Rusiya yuxarılarla, sosial cəhətdən yaxın olan elitalarla işləməyə üstünlük verdi ki, onlarla müqavilələr vasitəsilə iş aparmaq mümkün idi. Moskva yeni nəslin yetişdiyini, liberal, demokratik dəyərlərin erməni əhalisində böyük maraq yaratdığını görmədi. Amerikalılar, ingilislər, fransızlar və başqaları əhalinin bu təbəqələri ilə dəqiq işləyir, obyektiv problemləri göstərir, əhalinin korrupsioner elitadan getdikcə daha çox imtina etməsi üzərində oynayırdılar. Nəticədə, yeni nəsil Qərb dəyərlərinə yönləndirildi və burada, əlbəttə ki, Moskvanın diqqətsizliyi var. Ermənistan indi nə gözləməlidir? Zəngəzurun və ya İrəvanın işğalının qaçılmaz olması barədə danışmağı reallıqla tamamilə uyğunsuz hesab edirəm. Bakıya və Ankaraya Ermənistandan yalnız bir şey lazımdır. Zəngəzurdan keçən ekstraterritoriya dəhlizi. Bunun üçün çox şey verməyə hazırdırlar. Birincisi, Ankara öz qapılarını erməni qonaq işçilərə açacaq. İkincisi, İrəvan tranzitdən üstünlüklər alacaq. Lakin nəqliyyat kommunikasiyaları məsələsi logistika qovşaqlarını kimin və necə idarə edəcəyindən asılıdır......
RUSİYA ERMƏNİSTANI TAM İTİRDİ (Mİ)..?!
Bu, açıq şəkildə Rusiyanın Zaqafqaziyada təsirinin azalması deməkdir. Bəs Rusiya Federasiyası Ermənistanı itiribmi.? Bu, bir çox amillərdən asılır. Müvafiq olaraq, Ermənistanın Rusiya ilə əlaqələrini itirməsi və Rusiyanın Ermənistanda təsirini itirməsi, əsasən, Ermənistanın Qərbdən dəstək alıb-almamasından asılı olacaq. Əgər Qərb, deyək ki, bu məsələdə operativlik nümayiş etdirsə, o zaman Ermənistanın Rusiya orbitindən getməsi tamamilə mümkündür. Və o gedəcək. Əgər Qərb qeyri-ardıcıl hərəkət edərsə, o zaman Rusiya yəqin ki, Ermənistanı maraqlandıran bəzi variantlar tapacaq. Bu variantlar İrəvanda işləmərsə, o zaman KÖHNƏ FƏND işə salınacaq. 27 Oktyabr 1999-cu ildə Erməni Parlamentinin gülləbaran edilməsi kimi. Nəzərə almaq lazımdır ki, MOSKVA ÇANTASINDA BİR ÇOX VARİANTLARI SAXLAYIR......
Ərəstun Oruclu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.