ABŞ Qarabağda beynəlxalq müşahidə missiyası məsələsində Azərbaycanın mövqeyini alqışlayır

28-09-2023, 08:47           
ABŞ Qarabağda beynəlxalq müşahidə missiyası məsələsində Azərbaycanın mövqeyini alqışlayır
Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Dağlıq Qarabağda beynəlxalq müşahidə missiyasına açıq olacağı ilə bağlı mövqeyini “alqışlayır”. Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sentyabrın 27-də keçirdiyi btifinqdə Turanın Vaşinqton müxbirinə bildirib.

“Bu, Katib Blinkenin birbaşa Prezident Əliyevi sövq etməyə çalışdığı bir şeydir və biz onun bununla razılaşdığını görməkdən məmnunuq”, – Miller deyib.

“Biz bu missiyanın necə görünəcəyini dəqiq müəyyən etmək üçün yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”.

Miller onu da qeyd edib ki, USAİD-in administratoru Samanta Pauer və dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim hazırda Azərbaycandadırlar və orada dövlət katibinin dünən prezident Əliyevlə söhbətində qaldırdığı məsələləri müzakirə edirlər.

“Biz humanitar ehtiyacların qarşılanması üçün atəşkəsin qalmasını istəyirik. Bu, Laçın dəhlizinin açıq saxlanması və humanitar yüklərin gəlməsi mümkünlüyü deməkdir. Və bu, humanitar ehtiyacların ödənilməsini təmin edəcək beynəlxalq müşahidəçi missiyası deməkdir”, – Miller davam etdi.

Nəhayət, Millerin sözlərinə görə, Birləşmiş Ştatlar “ləyaqətli və davamlı sülhün əldə oluna biləcəyi danışıqlar masasına qayıtmaq istəyir”.

TURANın sülh danışıqlarının vəziyyəti ilə bağlı sualına sözçü deyib ki, bu aralarında ciddi fikir ayrılıqları olan iki tərəfdən asılıdır. Onlar özləri razılığa gəlməlidirlər.

“Onları irələliləməyə təkan vermək üçün yə üçün əlimizdən gələni edə bilərik”.

TURAN-ın hazırkı vəziyyətdə Rusiyanın rolu ilə bağlı sualına Miller deyib ki, “Rusiya ötən həftə məhsuldar rol oynamayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.