Rusiya və İran eyni anda vurulacaq:Gizli sənəd üzə çıxdı

28-09-2023, 11:18           
Rusiya və İran eyni anda vurulacaq:Gizli sənəd üzə çıxdı
Rəsmi Kiyevin Qərb müttəfiqlərinə göndərdiyi və Rusiya, İran və Suriyadakı istehsal obyektlərinə zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə çağıran gizli sənədi üzə çıxıb. Sənədə əsasən, Ukrayna şəhərlərinə son hücumlarda istifadə edilən İranın kamikadze pilotsuz təyyarələri Avropa komponentləri ilə təchiz edilib.

Cebhe.info xəbər verir ki, bu barədə Britaniya nəşri “The Guardian” yazıb.

Ukrayna hökumətinin avqust ayında G7 hökumətlərinə təqdim etdiyi 47 səhifəlik sənəddə iddia edilib ki, son üç ayda Qərb texnologiyalarını ehtiva edən pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə şəhərlərə 600-dən çox reyd keçirilib.

“The Guardian”-ın əldə etdiyi sənədə görə, uçuş məsafəsi 2000 km və kruiz sürəti 180 km/saat olan Shahed-131 pilotsuz təyyarəsində 52, Şahed-136 modelində isə 57 qərb şirkətləri tərəfindən istehsal edilmiş elektrik komponentləri aşkarlanıb.

Müəyyən edilmiş komponentlərin orijinal istehsalçıları kimi beş Avropa şirkəti, o cümlədən Britaniya transmilli şirkətinin Polşadakı törəmə şirkəti adlanır.

“İstehsalçılar arasında qərargahı sanksiya koalisiyasına daxil olan ölkələrdə yerləşən şirkətlər var: ABŞ, İsveçrə, Hollandiya, Almaniya, Kanada, Yaponiya və Polşa”, - deyə məlumatda bildirilir.

Sənədə əsasən, İran Rusiyanın Novorossiysk limanını təchiz edən Suriya zavodundan istifadə etməklə hasilatını artıq diversifikasiya edib. Baxmayaraq ki, Tehran komponentləri tədarük etməyə davam edir, pilotsuz uçuş aparatlarının istehsalı Rusiyaya, mərkəzi tatar bölgəsi Alabuqaya ötürülür.

Ukraynanın Qərb müttəfiqlərinin bu plandan imtina edəcəyi ehtimal olunur. İmtina ediləcək təkliflər arasında İranda, Suriyada bu dronları istehsal edən zavodlara, habelə Rusiya Federasiyasındakı potensial istehsal sahəsinə raket hücumları da var.

Sənəddə daha sonra deyilir: “Tərəfdaşlar lazımi məhvetmə vasitələrini təmin edərsə, yuxarıda göstərilənləri Ukrayna müdafiə qüvvələri həyata keçirə bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.