Ermənilər `NİYƏ GEDİR` yox... `NƏ ÜÇÜN GEDİR` sualı... AKTUALDIR

28-09-2023, 09:05           
Ermənilər `NİYƏ GEDİR` yox...
“Hazırda Qarabağı tərk edən ermənilərin əksəriyyəti Birinci Qarabağ müharibəsində xalqımıza qarşı cinayət törədənlər və işğal zamanı ərazilərimizdə qeyri-qanuni məskunlaşanlardır”. Teref.az bildirir ki, bu sözləri yazıçı-publisist, jurnalist və “Azad Şuşa” portalının baş redaktoru Kərim Kərimli Cebhe.info-ya açıqlamasında Qarabağdakı ermənilərin Ermənistana kütləvi köçünün səbəblərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bölgədəki bir çox ermənilər etdikləri hərəkətlərə cavab olaraq Azərbaycan tərəfinin advekat tədbirlər görəcəyindən ehtiyatlanırlar:

“Ermənilər ərazini tərk etmək məcburiyyətindədirlər. Çünki 44 günlük Vətən Müharibəsindən sonra azad edilən ərazilərdə terror aktları törətmək, yollara mina basdıraraq insan tələfatına səbəb olmaq, ordumuzun mövqelərini atəş altına tutmaq və müxtəlif təxribatlara əl atmaq, bütün bunların hamısında əli olan ermənilər mütləq cavab verməlidirlər.

Bilirik ki, Qarabağdakı qondarma qurum buraxılmadığına və silahı yerə qoymadığına görə Azərbaycanın dövlət rəhbərliyinin tapşırığına əsasən ordumuzun bölgədə antiterror əməliyyatları keçirildi. Bundan sonra çıxılmaz vəziyyətə düşən və etdikləri cinayətlərə görə cavab verəcəklərini anlayan ermənilər ərazini tərk etmək məcburiyyətində qalıblar”.

K.Kərimli ermənilərin bölgəni tərk etmələrinin əsas səbəblərini bu cür izah edib:

“Birincisi, regionda sülh və əmin-amanlıq bərqərar olunduqdan sonra Birinci Qarabağ müharibəsində müxtəlif cinayətlərin törədilməsində əli olan, xüsusilə Meşəli və Qarakənd qırğınlarında, Xocalı soyqırımında və insanlıq əleyhinə törədilən qırğınlarda fəal iştirak edən ermənilər ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Bunu bilən cinayətkar ermənilər tələsik ərizini tərk edirlər.

Eyni zamanda 30 illik işğal zamanı Ermənistandan və digər ölkələrdən olan ermənilər Qarabağda qeyri-qanuni şəkildə məskunlaşıblar. Hazırkı şəraitdə onlar Qarabağda qalıb yaşamaq istəmirlər. Çünki onlar üçün Qarabağ vətən deyil. Həmin ermənilər torpaqlarımıza qazanc naminə gəlmişdilər. İndi isə çıxıb gedirlər.

Bəzi ermənilər isə qondarma qurum tərəfindən təhlükəsizlik zəmanətinin verilmədiyini görüb ərazini tərk etməyə məcbur olurlar. Əlbəttə, elə ermənilər var ki, onlar müəyyən dairələr tərəfindən məqsədyönlü şəkildə Qarabağdan çıxarılıb Ermənistana köçürülür. Burada məqsəd isə ölkədə qeyri-sabitllik yaratmaq və iğtişaşlar törətməkdir”.

Lakin K.Kərimli Qarabağdakı bütün ermənilərin ərazini tərk etməsini qeyri-mümkün hesab edib:

“Əgər Qarabağda qondarma qurum ləvğ olunucaqsa və ermənilərin böyük əksəriyyəti ərazini tərk edəcəklərsə, onda rus sülhməramlılarına ehtiyac qalmayacaq. Bunu Rusiya çox yaxşı bilir. Moskvanın planları hər zaman uzun müddətə hesablanır.
İnanmıram ki, Rusiya bütün ermənilərin Qarabağı tərk etməsinə razı olsun. Müəyyən miqdarda Qarabağda ermənilər qalacaq.
Əlbəttə ki, həmin ermənilərin digər Azərbaycan vətəndaşları kimi bütün hüquqları təmin olunacaq və sosial ehtiyacları qarşılanacaq. Dövlət rəhbərimiz öz açıqlamalarında bu məsələni dəfələrlə qaldırıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.