Putin onun bir çox sirrlərini bilən adamı Azərbaycana, məmləkətimizin de-jure, de-facto müttəfiqləri olan Türkiyə, İsrail, Britaniya xüsusi xidmət orqanlarına təhvil verib?!

30-09-2023, 08:34           
Putin onun bir çox sirrlərini bilən adamı Azərbaycana, məmləkətimizin de-jure, de-facto müttəfiqləri olan Türkiyə, İsrail, Britaniya xüsusi xidmət orqanlarına təhvil verib?!
Səsli düşüncələr:
- Vardanyan Kremlin, Putinin, Rusiyanın adamıdırmı?
- Bəli, bu tam aydın məsələdir. Vardanyan Putinin “pulyuyanı” olub.
- Vardanyanı Kreml bəlli missiya ilə Qarabağa göndərmişdimi?
- Bəli, konkret olaraq bu layihənin müəllifi Rusiya idi.
- Azərbaycan rəsmiləri, qurumları Vardanyanla bağlı açıq çəkildə Rusiyanı hədəf alan açıqlamaları, mövqeyi oldumu?
- Təbii, bir neçə dəfə rəsmi şəxslər və qurumlar bu məsələdə Kremli hədəf alan açıqlamalar veriblər, hətta MN və XİN öz rəsmi sənədlərində dəfələrlə Rusiya “sülhməramlılarını” ittiham edib.
- Yaxşı, Kreml öz adamını Qarabağdan çıxartmağa cəhd etməli idimi?
- Bəli, hətta edib də, müxtəlif variantlaral çıxartmaq istəyib, amma alınmadı.
- Bizdə bəziləri Vardanyanın həbsini, “Rusiya təhvil verdi”, kimi təqdim etməyə çalışırlar, bunun əsası varmı?!
- Belə danışan-düşünən insanların siyasət haqqında çox az təsəvvürləri var - Rusiyanın Orta Asiyada, Moldovada, Qafqazda açıq-gizli adamları (hələ mən uzaq ölkələri demirəm) mövcuddur, yaxşı, indi Kreml ən yaxın adamlarından birini “satıbsa”, Kremlə bundan sonra kim güvənib onlarla işləyəcək?! Post-sovetdə olan digər “vardanyanlar” bundan nəticə çıxarıb Kremli daha tez satmağa çalışmayacaqlarmı?! Rusiyanın, “özümüzünküləri atmırıq”, tezisi suya düşüb axmırmı?! Bu addım zatən dağılan Rusiya imicini tamamən pis günə qoyursa, Kreml öz adamını niyə satsın ki?! Axı bu Rusiya planlarını alt-üst edir, adamlarını qorxudur, üz döndərməyə vadar edir.
Başqa bir məsələ də odur ki, Vardanyanı, çox güman, ABŞ və bəzi AB ölkələrinin xüsusi xidmət orqanları da Azərbaycan orqanları ilə birgə dindirəcəklər, çünki adam Qərbdə bir çox siyasətçilərin, media qurumlarının Putinin tapşırığı ilə ələ alması iddiaları var. Deməli, belə çıxır ki, Putin onun bir çox sirrlərini bilən adamı Azərbaycana, məmləkətimizin de-jure, de-facto müttəfiqləri olan Türkiyə, İsrail, Britaniya xüsusi xidmət orqanlarına təhvil verib?!
Belə absurd iddia edənlər siyasətin S hərfini bilmirlər...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.