Separatçılar yalvarmağa BAŞLADI

30-09-2023, 07:34           
Separatçılar yalvarmağa BAŞLADI
Samvel Şahramanyan separatçı rejimin rəhbərliyini Qarabağdan təhlükəsiz şəkildə çıxarmaq üçün Azərbaycan rəsmiləri ilə danışıqlar aparır.

Teref.az news24.az-a istinadən xəbər verir ki, bu barədə “Hayeli.am” məlumat yayıb.

Nəşrin məlumatına görə, separatçıların keçmiş üç başçısı – Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan, “keçmiş xarici işlər naziri” Davit Babayan həbs təhlükəsi ilə üz-üzədir.

“Hazırda həmin şəxslərin Qarabağda olduğu bildirilir. Bundan başqa, “Röyter”in məlumatına görə, Azərbaycanda həbs ediləcək 200-ə yaxın hərbi cinayətkarın siyahısı var. Davit Babayan artıq təslim olacağını dünən bəyan edib. Mənbə digər separatçı – Artak Beqlaryanın isə harada olduğunu bilmir”, – deyə sayt bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru